Dendrologiya Bağının təcrübə sahələrində toxum tədarük edilərək,çoxaldılır, Abşeronun torpaq-iqlim şəraitinə davamlılığı öyrənilir +FOTO=6

Dendrologiya Bağının təcrübə sahələrində toxum tədarük edilərək,çoxaldılır, Abşeronun torpaq-iqlim şəraitinə davamlılığı öyrənilir +FOTO=6

Dendrologiya Bağının təcrübə sahələrində toxum tədarük edilərək,çoxaldılır, Abşeronun torpaq-iqlim şəraitinə davamlılığı öyrənilir

 

Bildiyimiz kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 25 iyun tarixli 250 nömrəli Qərarı ilə Bakı şəhəri Xəzər rayonunun Mərdəkan qəsəbəsində yerləşən AMEA Dendrologiya İnstitutunun mövcud ərazisi “Dendrologiya Bağı” publik hüquqi şəxsin ərazisi qismində müəyyən edilib.
Dendrologiya Bağında Azərbaycan meşələrinin bitkiliyinin növdaxili dəyişkənliyinin və populyasiya strukturunun tədqiqatı, regionda növlərin populyasiya əsasında genofondunun saxlanılması yolları, ağac və kolların yeni dekorativ sort və formalarının bioekologiyasının tədqiq edilməsi, iqlim, dəyişkənliyinin flora biomüxtəlifliyinə, növlərin yayılması, arealı və miqdarına təsiri araşdırılır.

 

Göygöl, Hirkan Milli Parkının, Lənkəran ərazisindən, Şəki regional Elm Mərkəzindən, və s. meşə ərazilərindən təbii və mədəni şəraitdə becərilən Paliurus Mill.,Fraxinus excelsiorL., Frangula Mill., Cotoneaster Medic., Coryulus L., Sprea L., Crataegus L., Rhus L., Carpinus L. Fagus orientalis Lipsky, Carpinus orientalisMILL.,C.betulus L.,Quercus macrantheraFISCH.&C.A.MEY. EX HOHEN., Q.macrantheraFISCH.&C.A.MEY. EX HOHEN.,Celtis glabrata Steven ex Planch, C.caucasica Willd, Acer pseudoplatanusL., Albizza julibrissin Durazz və s. bitkilərin toxum nümunələri toplanılmış Abşeron şəraitində inkişaf xüsusiyyətləri və prespektivliyini öyrənmək məqsədi ilə Dendrologiya Bağının meşə ekosistemləri laboratoriyasının təcrübə sahəsində əkilmişdir.Əkilmiş bitki toxumlarının cücərtilərə hərtərəfli aqrotexniki qulluq göstərilir, aparılan elmi tədqiqat işlərinin yekunları göstərir ki,bolgələrdən gətirilərək təcrübə sahəsində əkilmiş bitki toxumlarının cücərtiləri Abşeronun torpaq-iqlim şəraitinə tam davamlıdır,cücərtilərin boy dinamikası izlənmiş, yüksək cücərmə faizi (75-80%) əldə edilmişdir.

 

Son dövürdə yaşıllaşdırmada salınan park və bağların yeni landşaft memarlığı əsasında qurulması geniş vüsət almışdır. Bu məqsədlətətqiq olunan bitkilərintək və qrup əkinlərində, həmçinin dənizkənarı ərazilərdə, yay aylarında istiliyin azalmasında, Abşeron şəraitində bu bitkilərdən bəzək bitkisi kimi istifadə edilməsi məqsədyönlüdür. Yaşıllaşdırmada istifadə məqsədilə aparılan tədqiqat işlərində toxum vasitəsiylə çoxaldılan növlərin bioekoloji xüsüsiyyətləri, çoxaldılması və s. elmi əsaslarla öyrənilmiş, yaşıllaşdırmada istifadəsi tövsiyyə edilmişdir.

 

Dendrologiya Bağının canlı kolleksiya fondunun qorunub saxlanılması, zənginləşdirilməsi və çoxaldılması, fəaliyyətin qiymətləndirilmə sisteminin keyfiyyətcə yaxşılaşdırılması istiqamətində elmi tədqiqat işləri davam etdirilir.

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]