BDU-nun 1129 bakalavr və magistri yay semestri dərslərində iştirak edir +FOTO=3

BDU-nun 1129 bakalavr və magistri yay semestri dərslərində iştirak edir +FOTO=3

BDU-nun 1129 bakalavr və magistri yay semestri dərslərində iştirak edir 

 

Bakı Dövlət Universitetində 2021/2022-ci tədris ilində bakalavriat və magistratura səviyyələrində təhsil alan tələbə və magistrantların fənlər üzrə akademik borcların ləğv edilməsi və ya müvəffəqiyyət qazanılan fəndən qiymətin yüksəldilməsi məqsədilə müraciətlərini nəzərə alaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 24 dekabr tarixli 348 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”na əsasən yay semestri təşkil edilib.

 

Elmi Şuranın 08 iyul 2022-ci il tarixli, 08 nömrəli qərarına əsasən,BDU-da yay semestrininənənəvi qaydada və “Blackboard” elektron tədris platforması vasitəsilə onlayn şəkildə 25 iyul tarixindən 6 həftə ərzində keçirilməsi nəzərdə tutulub. Ümumilikdəyay semestri dərslərində 206 fənn üzrə 1104 bakalavr və 25 magistr iştirak edir.


 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]