Tank biatlonu müsabiqəsinin hakimlərinə sertifikatlar təqdim edilib +FOTO=2

“Tank biatlonu” müsabiqəsinin hakimlərinə sertifikatlar təqdim edilib +FOTO=2

“Tank biatlonu” müsabiqəsinin hakimlərinə sertifikatlar təqdim edilib 

 

“Beynəlxalq Ordu Oyunları-2022” yarışları çərçivəsində “Tank biatlonu” müsabiqəsinin təşkilatçıları tərəfindən hakimlərə verdikləri ixtisas məqbullarının nəticələrinə görə qol sarğısı və sertifikatlar təqdim edilib.

 

Tədbirdə beynəlxalq müsabiqənin hakimlər heyətinin tərkibi dəqiqləşdirilərək onların səlahiyyət və vəzifələri, həmçinin müsabiqənin mükafat və cərimə ballarının hesablanması prinsipləri müəyyənləşdirilib.

 

Qeyd edək ki, Rusiya Federasiyasının Alabino hərbi poliqonunda “Beynəlxalq Ordu Oyunları-2022” yarışları çərçivəsində keçirilən "Tank biatlonu” müsabiqəsi cari ilin avqust ayının 27-dək davam edəcək.

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]