İrəvanda ticarət mərkəzində partlayış- Ölənlərin sayı artır

İrəvanda ticarət mərkəzində partlayış- Ölənlərin sayı artır

İrəvanda ticarət mərkəzində partlayış- Ölənlərin sayı artır

 

Ermənistanın paytaxtı İrəvanda “Surmalu” topdansatış ticarət mərkəzində baş vermiş partlayış nəticəsində ölənlərin sayı 5 nəfərə çatıb.

Bu barədə Ermənistan Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilir ki, hadisə nəticəsində 61 nəfər xəsarət alıb. Partlayış zamanı bazarda olan 17 nəfər itkin düşüb.

Qeyd edək ki, partlayış yerli vaxtla saat 13:23-də qeydə alınıb. Partlayışdan sonra ticarət mərkəzində yanğın olub. Dağıntılar altında hələ də xeyli insanın qaldığı bildirilir. Təcili tibbi yardım, hüquq-mühafizə orqanlarının əməkdaşları ərazidə xilasetmə əməliyyatlarını davam etdirirlər.

 

X X X

 

İrəvanda “Surmalu” ticarət mərkəzində partlayışdan sonra baş vermiş yanğının söndürülməsi və dağıntıların təmizlənməsi ilə bağlı işlər davam edir.

Bu barədə “Sputnik Ermənistan” məlumat yayıb.

Qeyd edək ki, bu gün İrəvanın “Surmalu” ticarət mərkəzində partlayış baş verib. Hadisə zamanı 61 nəfər xəsarət alıb, 3 nəfər ölüb. Həmçinin partlayış nəticəsində 27 nəfər itkin düşüb.

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]