COĞRAFİYA İNSTİTUTUNUN ALİMİ XƏZƏR GÜNÜ MÜNASİBƏTİLƏ İTV-YƏ MÜSAHİBƏ VERİB +VİDEO

COĞRAFİYA İNSTİTUTUNUN ALİMİ XƏZƏR GÜNÜ MÜNASİBƏTİLƏ İTV-YƏ MÜSAHİBƏ VERİB +VİDEO

COĞRAFİYA İNSTİTUTUNUN ALİMİ XƏZƏR GÜNÜ MÜNASİBƏTİLƏ İTV-YƏ MÜSAHİBƏ VERİB

 

12 avqust – Xəzər dənizinin ətraf mühitinin mühafizəsi günü münasibətilə İTV-nin səhər proqramına dəvət olunan AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun Ekocoğrafiya şöbəsinin müdiri, aqrar elmlər üzrə fəlsəfə doktoru, dosent Ənvər Əliyev müsahibəsində Xəzər dənizinin ekologiyası məsələlərinə toxunub.

 

O qeyd edib ki, 2006-cı ildən qüvvəyə minmiş və BMT-nin Ətraf Mühit Proqramının dəstəyi ilə Xəzəryanı dövlətlərin mütəxəssisləri tərəfindən hazırlanmış “Xəzər dənizinin ətraf mühitinin mühafizəsi haqqında Çərçivə Konvensiyası”na görə Xəzərətrafı ərazilərin dövlətləri Xəzər dənizinin təmizliyi və ətraf mühitinin mühafizəsi üçün məsuliyyət daşıyırlar. Azərbaycan dövləti bu baxımdan müəyyən tədbirlər görür, ərazinin və dənizin təmizliyi üçün müvafiq qanunlar tətbiq edir, sahilboyu zonada təmizlik aksiyaları keçirir və s. Əhalinin, ictimai təşkilatların rolu bu işdə böyük olmalıdır. Çünki məlum olduğu kimi ətraf mühitin çirklənməsində insan faktoru böyük rol oynayır.

 

Ekoloq alim bildirib ki, nadir qapalı su hövzəsi olan Xəzər təkcə zəngin neft yataqları ilə məşhur deyil, həm də geniş biomüxtəlifliyə malikdir. Ondan düzgün istifadə ölkənin gəlir məndəyini daha çox genişləndirə bilər. Amma təəssüf ki, biz hələ də imkanlarımızı kifayət qədər genişləndirə bilməmişik.

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]