Masallılı iş adamı təltif edilib- Akif Ağayev (AZ-press.AZ) +FOTO=8

Masallılı iş adamı təltif edilib- Akif Ağayev (AZ-press.AZ) +FOTO=8

Masallılı iş adamı təltif edilib- Akif Ağayev (AZ-press.AZ) +FOTO=8

 

Xeyirxahlıq Azərbaycan xalqına məxsus olan milli dəyərlərdən, millətimizi səciyyələndirən dəyərli keyfiyyətlərdəndir.

 

Əhalinin müxtəlif təbəqələrinin, o cümlədən sahibkarlıq subyektlərinin dövlətin həyata keçirdiyi tədbirlərə dəstəyinin artıq ənənə halını alması, soydaşlarımızın sosial həmrəylik nümayiş etdirməsi görülən işlərin səmərəliliyini artırmaqla yanaşı, dövlət-vətəndaş birliyinin bariz göstəricisidir.

 

44 günlük Vətən müharibəsi dövründə hər kəs, hər bir azərbaycanlı qələbəyə öz hədiyyəsini vermək üçün əlindən gələni əsirgəmirdi. Əsgərlərimizə sovqatlar göndərilir, ailələrinə kömək göstərilirdi. Masallılar da həmişə olduğu kimi bu çətin dönəmdə də Azərbaycan dövlətinin, şanlı Ordusunun yanında olduğunu, ölkə rəhbərinə, qətiyyətli Sərkərdəmizə dəstəklərini nümayiş etdirirdilər.

 

İstər koronavirus pandemiyası ilə əlaqədar olaraq sərt karantin rejimi zamanı, istərsə də Vətən müharibəsi dövründə və sonrakı müddətdə rayon icra hakimiyyətinin təşəbbüsü, sahibkarlar və xeyirxah insanların dəstəyilə imkansız və şəhid ailələrinə, müharibə əlillərinə ərzaq və maddı yardımlar göstərilirdi.

 

Bu ənənə bu gün də davam edir. Əlamətdar gün və bayramlar öncəsi nəcib aksiya iştirakçıları şəhid ailələrinə baş çəkir, onların sosial vəziyyətləri ilə maraqlanırlar.

 

Masallı rayonunun Birinci Yeddioymaq kəndindən olan iş adamı Vüsal Adna oğlu Salayev də məhz bu xeyirxah insanlardandır.

 

Məlumat üçün bildirək ki, 27 sentyabrdan, İkinci Qarabağ müharibəsi başlayandan Milli Ordumuza dəstək aksiyalarına səfərbər olan hər bir azərbaycanlı kimi Vüsal Salayev də bu nəcib aksiyalara qoşulub. Onun yaxından iştirakı ilə orduya texniki avadanlıqlar və digər lazımi ləvazimatlar göndərilib. Pandemiya və Vətən müharibəsi dövründə iş adamının köməyilə imkansız ailələrə, eləcə də əsgər ailələrinə istər maddi, istərsə də ərzaqla yardım kampaniyaları keçirilib.

 

Məhz buna görədir ki, Vüsal Salayev dəfələrlə Fəxri fərman və mükafatlarla təltif edilib. Bu günlərdə ona fəxri üzvü olduğu Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin təsis etdiyi “Böyük Zəfər” xatirə medalı təqdim olunub.

 

Xeyirxah iş adamı Vüsal Salayevi təbrik edir, işlərində uğurlar arzulayırıq!

 

 

44 günlük Vətən müharibəsindəki əzmkarlığımız, Böyük Qələbəmizin möhtəşəmliyi bizləri bir-birimizə daha da yaxın etdi. Bu, milli birliyimizin təzahürüdür, desək yanılmarıq.

 

Milli birliyimizə arxalanan dövlətimizin rəhbəri vətəndaşların sonsuz məhəbbətini qazanaraq qalib xalqın qəhrəman Prezidentinə çevrilib. Bu isə, bizimçün fəxarət, ölkə başçısı üçün ən böyük mükafatdır.

 

Akif AĞAYEV.

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]