Hümbət Quliyev: Qəribə şeydir bu demokratiya və insan haqları

Hümbət Quliyev: Qəribə şeydir bu demokratiya və insan haqları

Hümbət Quliyev: Qəribə şeydir bu demokratiya və insan haqları

 

Bir insan ictimai yerdə, hamının gözü qarşısında siqaret çəkir. Hamımız da bilirik ki, 600 zərərli və cox zərərli maddələri olan bu siqaret insanımızı, vətəndaşımızı,azərbaycanlımızı tədricən məhv edir.
Hec birimiz ona yaxınlaşıb demirik ki; qurban olum, başına dönüm, çəkmə, bu başdan ayağa zəhərdir, bundan yalnız siqaret mafiyası bəhrələnir. Demirik.
Tədricən ölür,özü bilər. Öz şəxsi işidir, bu onun insan haqqıdır.
Bu insanımız cəkdiyi siqaretin kötüyünü yerə atsa, elliklə ona qarşı çıxmağa hazırıq. Bu artıq onun şəxsi işi deyil, bu hamımızın işidir.
Bütün dünyada da belədir. Siqaret çəkə bilərsən,ayrılmış yerdə çəksən heç bir problemin yoxdur. Nə qədər istəyirsən, cək. Amma kötüyü yerə atsan, ciddi cərimələnərsən.
siqaret çəkmək şəxsi işindir, kötüyünü yerə atmaq isə şəxsi işin deyil.
Deyirəm, bəlkə insan haqlarına qarşı çıxıb elliklə insanımızın, vətəndaşımızın, azərbaycanlımızın siqaret çəkməyinin əleyhinə olaq?
Onda insanlarımız da saglam olar, kücələrimiz də təmiz.
Bəlkə mən nəyisə düzgün anlamıram?
 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]