Genetik Ehtiyatlar İnstitutunda tanınmış azərbaycanlı alimlə görüş keçirilib +FOTO=5

Genetik Ehtiyatlar İnstitutunda tanınmış azərbaycanlı alimlə görüş keçirilib +FOTO=5

Genetik Ehtiyatlar İnstitutunda tanınmış azərbaycanlı alimlə görüş keçirilib

 

Genetik Ehtiyatlar İnstitutunda (GEİ) bioinformatika və kompüter genomikası sahəsində tanınmış alim, ABŞ-ın Birləşmiş Genom İnstitutunun aparıcı elmi işçisi, GEİ-nin Beynəlxalq kompüter genomikası laboratoriyasının müdiri, professor Asəf Salamovla görüş keçirilib.

 

Görüşdə GEİ-nin baş direktoru, AMEA-nın müxbir üzvü Zeynal Əkpərov professor Asəf Salamovun elmi rəhbərliyi ilə Genetik Ehtiyatlar İnstitutunda fəaliyyət göstərən Beynəlxalq kompüter genomikası laboratoriyasında aparılan elmi tədqiqat və kadr hazırlığı üzrə işləri, eləcə də nar genomu üzrə tədqiqatlarda əldə edilən elmi nəticələri yüksək qiymətləndirib.

 

Zeynal Əkpərov bildirib ki, Prezident İlham Əliyevin müvafiq fərmanı ilə institut Elm və Təhsil Nazirliyinin tərkibinə keçirilib, elm və təhsilin inteqrasiyası, beynəlxalq əməkdaşlığın gücləndirilməsi, həmçinin fundamental və tətbiqi tədqiqatların daha da genişləndirilməsi üçün yeni imkanlar açılıb. Onun sözlərinə görə, yeni yaranan imkanlardan istifadə etməklə GEİ-də aparılan tədqiqatlar dərinləşdiriləcək, müasir dünya elminə sıx inteqrasiya olunmaq üçün fəaliyyətlər gücləndiriləcək, yüksək ixtisaslı kadr hazırlığına daha çox diqqət ayrılacaq, eləcə də alimlərin dünyanın nüfuzlu, impakt faktorlu jurnallarında elmi əsər dərc etdirmələrinə dəstək göstəriləcəkdir.

 

GEİ-də aparılan elmi tədqiqat işlərini, nar və eqilops genomlarının oxunması üzrə əldə edilmiş elmi nəticələri yüksək dəyərləndirən Asəf Salamov gələcəkdə biologiya elminin yeni sahələri – metagenomika, tək hüceyrə sekvensi, data elmi və s. istiqamətlərdə əməkdaşlığın gücləndirilməsinin vacibliyini vurğulayıb.

 

Daha sonra Beynəlxalq kompüter genomikası laboratoriyasında aparılan elmi tədqiqat işləri və gələcək elmi istiqamətlərə dair fikir mübadiləsi aparılıb.

 

Görüşdə GEİ-nin icraçı direktoru, Molekulyar genetika və genomika şöbəsinin müdiri, b.ü.f.d. Mehrac Abbasov, İnsan genetikası laboratoriyasının müdiri Bayram Bayramov, Beynəlxalq kompüter genomikası laboratoriyasının aparıcı elmi işçisi, b.ü.f.d. Vaqif Əmikişiyev və laboratoriyanın digər əməkdaşları da iştirak ediblər.

 

Qeyd edək ki, prof. Asəf Salamov beynəlxalq miqyasda tanınan və elmi məqalələrinə ən çox istinad olunan dünyanın ən məhşur alimlərindən biridir. Onun elmi əsərlərinə 56000-dən çox istinad edilib və hirş indeksi 86-dır. Alimin çoxlu sayda məqaləsi dünyanın nüfuzlu, yüksək impakt faktorlu jurnallarında, həmçinin tanınmış “Nature” və “Science” jurnallarında dərc olunub.

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]