"Qonağımız var" layihəsinin növbəti qonağı Xalq şairi Sabir Rüstəmxanlı olub +FOTO=11

"Qonağımız var" layihəsinin növbəti qonağı Xalq şairi Sabir Rüstəmxanlı olub +FOTO=11

"Qonağımız var" layihəsinin növbəti qonağı Xalq şairi Sabir Rüstəmxanlı olub

 

Avqustun 15-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə Ə.Əmirov adına Mədəniyyət Sarayında "Qonağımız var" layihəsi çərçivəsində Xalq şairi, Milli Məclisin deputatı, Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Şöhrət” ordenli Sabir Rüstəmxanlı ilə görüş keçirilib.

 

Görüşdə millət vəkilləri Aydın Hüseynov, Səbinə Xasayeva, Qaradağ rayon İcra Hakimiyyətinin başçısının müavini Təranə İsmayılova, Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəisi İbrahim Əliyev, xalq şairinin həyat yoldaşı, Azərbaycan Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı, “Azərbaycan Dünyası” jurnalının təsisçisi, “Dədə Qorqud” milli fondunun rəhbəri Eldar İsmayılov, rayon ictimaiyyəti və şair sevərlər iştirak ediblər.

 

İlk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbiri açıq elan edən Günay Firudinqızı Sabir Rüstəmxanlının yaradıcılığı və həyat fəaliyyəti haqqında məlumat verib.

 

Baş İdarənin rəisi İbrahim Əliyev çıxışında belə görüşlərin keçirilməsində məqsədin ədəbi mühitin inkişafına, gənclərin bədii ədəbiyyata marağının artırılmasına, mütaliə mədəniyyətinin yüksəlməsinə, dünyagörüşlərinin əhatəli olmasına və şairlərlə oxucuların ünsiyyətinin daha da sıxlaşmasına xidmət etdiyini bildirib.

 

Xalq şairi "Ömür kitabı" adlı əsəri, "Tanımaq istəsən", "Xəbər gözləyirəm", "Gəncə qapısı", "Sağ ol, ana dilim!", "Qan yaddaşı", "Zaman məndən keçir" və sair kimi şer kitablarının, "Bütövlük", "Didərginlər", "Cavad xan", "Orxonla görüş" poemaların, "Bu sənin xalqındır" publisistik yazılarından ibarət əsərin, "Atamın ruhu", "Xətai yurdu", "Göy Tanrı", "Ölüm Zirvəsi (Cavad xan)", “Difai Fədailəri”, “Sunami” romanlarının müəllifidir.

 

Görüş zamanı Xalq şairi tədbir iştirakçıları və oxucuların ona ünvanlanan suallarını cavablandırıb, gənclərə öz tövsiyələrini verib. Sabir Rüstəmxanlı gənclərə Azərbaycan ədəbiyyatından uzaqlaşmamağa, Azərbaycan yazarlarının əsərlərini mütaliə etməyə çağırıb. Həmçinin yazdığı şeirlərindən ifa edib və “Cavad xan” filmi haqqında danışıb. Şairin müxtəlif illərdə yazdığı şeir və nəsr kitabları haqqında müzakirələr olub və fikirlər söylənilib.

 

Daha sonra "Dədə Qorqud" fondunun rəhbəri Eldar İsmayılov tərəfindən fondun təsis etdiyi "Vətən Övladı Altun Ordeni" Xalq şairinə təqdim olunub.

 

Sonda Sabir Rüstəmxanlı isə öz növbəsində tədbirin keçirilməsində əziyyəti keçən hər kəsə öz dərin minnətdarlığını bildirib.

 

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]