Yeni yerüstü piyada keçidinin inşasına start verilib (+FOTO=9, +VİDEO)

Yeni yerüstü piyada keçidinin inşasına start verilib (+FOTO=9, +VİDEO)

Yeni yerüstü piyada keçidinin inşasına start verilib(+FOTO=9, +VİDEO)

 

Prezident İlham Əliyevin vətəndaşların avtomobil yollarını rahat və təhlükəsiz şəkildə keçməsini təmin etmək istiqamətində verdiyi göstəriş və tapşırıqlarına əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən kompleks tədbirlər həyata keçirilir.

 

Bu istiqamətdə M-2 Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun km 25,3-km-də yerüstü piyada keçidi inşasına start verilib.

 

İki giriş-çıxışdan ibarət piyada keçidi üstüaçıq metal konstruksiyalıdır, ümumi uzunluğu 51.6 metr, eni 3 metr, pilləkənlərin eni 3.0 metr yol səviyyəsindən hündürlüyü 5.5 metr təşkil edir.

 

Keçiddə özül svaylarının vurulması yekunlaşıb , hazırda dayaqların tikintisi aparılır.

 

Tikinti işlərinin cari il ərzində başa çatdırılması nəzərdə tutulur.

 

Tədbirlər planına uyğun olaraq növbəti illərdə zəruri olan digər ərazilərdə də piyada keçidlərinin inşası aparılacaq.

YOLUNUZ AÇIQ OLSUN...

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]