BDU-Tarix fakültəsində 4 ixtisas üzrə mütəxəssislər hazırlanır

BDU-Tarix fakültəsində 4 ixtisas üzrə mütəxəssislər hazırlanır

BDU-Tarix fakültəsində 4 ixtisas üzrə mütəxəssislər hazırlanır 

 

Bakı Dövlət Universitetinin Tarix fakültəsində 10 kafedra və 3 elmi-tədqiqat laboratoriyası fəaliyyət göstərir. Bakalavr pilləsində tələbələr II kursdan etibarən kafedralarda aparılan elmi-
tədqiqat işlərinə cəlb olunurlar.

 

Fakültədə Arxeologiya və etnoqrafiya, Asiya və afrika ölkələri tarixi, Azərbaycan tarixi (humanitar fakültələr üzrə), Azərbaycan tarixi (təbiət fakültələri üzrə), Mənbəşünaslig, tarixşünasliq və metodikası,Avropa və amerika ölkələrinin yeni və müasir tarixi, Qədim dünya və orta əsrlər tarixi, Slavyan ölkələri tarixi, Türk xalqları tarixi, Qafqaz xalqları tarixi kafedraları fəaliyyət göstərir.

 

BDU-nun Tarix fakültəsində hazırda 4 ixtisas üzrə - Tarix, Tarix müəllimliyi, Regionşünaslıq (Qafqaz üzrə), Regionşünaslıq (Amerika üzrə) mütəxəssis hazırlığı həyata keçirilir.

 

Tarix ixtisası üzrə yetişdirilən məzunlar əldə etdikləri bilik və bacarıqlara əsasən müxtəlif dövlət orqanlarında, dövlət və özəl təşkilatlarda çalışa bilərlər. Tarix müəllimliyi üzrə təhsil alan tələbələr ali və orta təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul ola bilərlər.

 

Regionşünaslıq ixtisasları üzrə məzun olan tələbələr səfirliklərdə işləyə bilər, eyni zamanda ölkəmizi beynəlxalq təşkilatlarda diplomat kimi təmsil edə bilərlər. Fakültədə tədris Azərbaycan, rus və ingilis dillərində aparılır.

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]