Elman Eldaroğlu: "Altun" nəşriyyatına rəhbərlik edən QIZIL ADAM...

Elman Eldaroğlu: "Altun" nəşriyyatına rəhbərlik edən QIZIL ADAM...

Elman Eldaroğlu: "Altun" nəşriyyatına rəhbərlik edən QIZIL ADAM... 

 

Doğmalarına, yaxın dostlanna qaygıkeşlıklə yanaşır. Təkcə özünü düşünmür, öz xoşbəxtliyini cəmiyyətin rifahında görür. Necə deyərlər, hamı xoşbəxt olsa, demək mən də xoşbəxtəm. Duyğusal, hissiyatlı, həssas, həyalı və bir az da utancaq adamdır. Danışmağı xoşlamır, daha çox dinləməyə önəm verir. İctimai rəy, ətrafdakı insanların onun barəsində nə düşündükləri və dedikləri onun üçün çox əhəmiyyətlidir. Vicdanlı və dürüstdür, halal yolla uğur qazanmağı xoşlayır. Hər dəfə saf niyyətlə ilk addımı atmaqla gələcək müvəffəqiyyətin bünövrəsini qoyur...

 

Haqqında söhbət açdığım Rafiq İsmayılov Azərbaycanın tanınmış naşirlərindən biridir. 1960-cı ildə Bakı şəhərində dünyaya gəlib. 1977-ci ildə Bakı şəhərindəki 70 №-li orta məktəbi, 1982-ci ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin filologiya fakultəsini bitirib.

 

M.F.Axundov adına Azərbaycan Pedaqoji İnstitutunda laborant, müəllim, Azərbaycan Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunda elmi işçi, elmi katib, “Xəzər” jurnalında redaktor vəzifələrində çalışıb. 1991-ci ildən kitab-nəşriyyat biznesi ilə məşğuldur. “Azadlıq”, “Fineko”, “Yeni nəsil” nəşriyyat müəssisələrinə rəhbərlik edib, 1999-2002-ci illərdə Azərbaycan Naşirlər Birliyinin sədri olub. 2004-cü ildə “Altun kitab” nəşriyyatını yaradıb, hazırda həmin nəşriyyata rəhbərlik edir.
Filologiya üzrə fəlsəfə doktorudur. “Mətbuatda reklam”, “Nəşriyyat işi”, “Azərbaycanda nəşriyyat işi”, “PR – bütün yollar KİV-ə aparır” kitablarının müəllifi, orta məktəblərin 1-7-ci sinifləri üçün Azərbaycan dili dərslik və dərs vəsaitlərinin həmmüəlifidir. Ölkədə nəşriyyat işinin ən nüfuzlu təşkilatçılarından biri kimi tanınır...

 

Deyir ki,- “Təhsil elə bir sahədir ki, o hər birimizə toxunur. Hər evdən mütləq ən azı bir məktəbli çıxır. Atasına görə, üzünə qapı açılan filankəslərə görə biz bütöv nəsilləri sözün həqiqi mənasında kor böyüdə bilmərik. Filankəslərin balaları öz adlarının çəkilməsi naminə bu boyda xalqın balalarının koranə böyüməsinin səbəbkarlarına çevrilirlər.

 

Azərbaycan dili dərsliklərində nümunə kimi çap olunan nəzm və nəsr nümunələri, ədəbi mühitdə və oxucular arasında təsdiq olunmuş, ədəbi ələkdən keçmiş müəlliflərin imzasından çıxmalıdır. Amma bu gün dərsliklərdə adları çəkilən “şair” və “yazıçılar”ı özlərindən başqa kimsə tanımır. Ya da tanınsalar da, hansısa başqa sahələrdə vəzifə və ya nüfuz sahibidirlər. Məsələn, Hüseynbala Mirələmovu biz şair kimi yox, siyasətçi kimi tanıyırıq, ən çox da sosial şəbəkələrdə yayılan qalmaqallı görüntülərilə cəmiyyətdə populyarlaşıb. Onun yerinə ömrünü uşaq ədəbiyyatına həsr etmiş böyük yazıçımız Zahid Xəlilin əsərlərindən nümunələr daxil etmək olmazdımı? Uşaq yazıçısı olmaq dünyanın ən çətin peşəsidir. Çünki uşaq dünyasını anlamaq, onların maraqlarını bilmək, təmin etmək gərəkdir.

 

Ölkədə yazmağa həvəsi olanların sayı oxumaq istəyənlərin sayından çoxdur. Hamısı da adını tarixə saldırmağın yolunu dərsliklərdə imzasının görünməsində görür...”

 

Arzuları çoxdur, Azərbaycan dilinin milli korpusunu yaratmaq istəyir. Söyləyir ki, bunsuz dilimizin və onun tədrisinin inkişafı mümkün deyil. Və Azərbaycan uşaqları üçün tədris və informasiya resurslarını dünya səviyyəsinə çatdırmağı planlaşdırır...

 

“Məktəblərdə tədris proqramının və dərsliklərin yüklü olmasını təkcə valideynlər deyil, psixoloqlar və təhsil mütəxəssisləri də dəfələrlə dilə gətiriblər. Hətta nazirlik rəsmiləri də zaman-zaman bunu etiraf etmək zərurəti qarşısında qalıblar. Bu məsələdə qarşılıqlı ittihamlara da yol verilməmiş deyil. Əslində, orta məktəblərdə tədris proqramı ağır deyil, sadəcə, bir qrup müəllim uşaqların akademik yüklənməsini onların daha yaxşı öyrənmələrinə vasitə kimi baxır. Ona görə də uşaqlara həddindən artıq ev tapşırığı yükləyirlər. Mövcud kurikulumun başlıca tələbi də ondan ibarətdir ki, şagirddə nitq mədəniyyəti, danışıq qabiliyyəti lazımı səviyyədə olsun. Əlavə yükləmələr isə, əksinə uşaqları bu bacarıqlardan məhrum edir”- söyləyir...

 

Beyni tükənməz bir xəzinədir. Dünya ədəbiyyatı incilərinin uşaqlar üçün Azərbaycan dilində adaptasiyası, “Azleks” elektron lüğətlər toplusu bu xəzinənin xalqımız üçün ərsəyə gətirdiyi qiymətli layihələrdəndir. Onun qəlbinə girmək, həmin xəzinəyə yol tapmaq heç də asan iş deyil, bu təyinat yalnız ona məxsusdur...

 

Öz peşəsinin Məcnunudur. Bu yolda əhval-ruhiyyəsi tez-tez dəyişsə də, yorulmadan minbir çətinliyə qatlaşır. İdealist, sentimentalist və xəyalpərvərdir. Ağıllı insanların, xüsusilə hazırcavab həmsöhbətlərin arasında olmağı sevir. Güclü yaddaşı var, haradan, nədən desən məlumatlıdır. Amma heç zaman gözə girmək arzusu olmayıb. Nəcib adamdır, ürəklidir, zəruri hallarda hər kəsə kömək etməyə hazırdır...
Deyir ki,- “Çox yaxşı bilirəm ki, insan bu dünyaya bir dəfə gəlir. Allahın ona bəxş etdiklərini bölüşməyi bacarmalıdır. Savadlı, zəkalı, sədaqətli, bir sözlə, yaxşı dostlarım var. Onların hər birinin varlığından qürur duyuram. Ailəmi çox sevirəm. Nəvələrimə vaxt ayırmağı, onlarla birlikdə olmağı xoşlayıram. Ümumiyyətlə insanların sevinci, məmnunluğu mənim üçün böyük əhəmiyyət kəsb edir...”
Elman Eldaroğlu
 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]