Ekologiya və torpaqşünaslıq fakültəsinə 3 ixtisas üzrə tələbə qəbulu aparılır

Ekologiya və torpaqşünaslıq fakültəsinə 3 ixtisas üzrə tələbə qəbulu aparılır

Ekologiya və torpaqşünaslıq fakültəsinə 3 ixtisas üzrə tələbə qəbulu aparılır 

 

Bakı Dövlət Universitetinin Ekologiya və torpaqşünaslıq fakültəsində 5 kafedra - Ekoloji kimya, Coğrafi ekologiya, Bioekologiya, Torpaqşünaslıq və daşınmaz əmlakın kadastrı və Həyat fəaliyyətinin təhlükəsizliyi kafedraları fəaliyyət göstərir. Fakültənin tələbə və magistrantları BDU-nun Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzinin nəzdində fəaliyyət göstrən Ekoloji kimya və ətrafmühitin mühafizəsielmi-tətqiqat laboratoriyasında da tədqiqat aparmaq imkanına malikdirlər.

 

Bakalavriat səviyyəsində 3 ixtisas–ekologiya, torpaqşünaslıq və aqrokimya, yerquruluşu və daşınmaz əmlakın kadastrı ixtisasları üzrətələbə qəbulu həyata keçirilir.

 

“Ekologiya” ixtisası üzrə məzunlar elm-təhsil-istehsalatı əhatə edən bütün dövlətidarə və müəssisələrdə, həmçinin özəl təşkilatlarda çalışa bilərlər. Bunlara Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, SOCAR, BP, Qida Təhlükəsizliyi Agentliyi və onların tabeliyindəki müəssisələraiddir.

 

“Torpaqşünaslıq və aqrokimya” ixtisası üzrə məzunlar Kənd Təsərrüfatı Nazirliyi, Əmlak Məsələləri Dövlət Xidməti, Qida Təhlükəsizliyi Agentliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyivə onunlarıntabeliyindəki müəssisələr, həmçinin fermer təsərrüfatlarında, torpaq analizi laboratoriyalarında və digər qrumlardaçalışa bilərlər.

 

“Yerquruluşu və daşınmaz əmlakın kadastrı” ixtisası üzrə məzunlar Əmlak Məsələləri Dövlət Xidməti, Şəhərsalma və Arxitektura Komitəsi, Fövqəladə Hallar Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi və onların tabeliyendəki müəssisələrdə, həmçinin bir çox özəl şirkətlərdə çalışa bilərlər.

 

Fakültədə tədris Azərbaycan, rus və ingilis dillərində aparılır.
 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]