Qadın basketbol yığmamız İslamiada-2022-nin qalibidir -İNTİQAM təqdim edir (AZ-press.AZ)

Qadın basketbol yığmamız İslamiada-2022-nin qalibidir -İNTİQAM təqdim edir (AZ-press.AZ)

Qadın basketbol yığmamız İslamiada-2022-nin qalibidir -İNTİQAM təqdim edir (AZ-press.AZ)

 

Əks cinsdən olan komandamız isə 2-ci olub

 

Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında kişi və qadınlar arasında düzənlənən 3X3 basketbolu üzrə yarışlara yekun vurulub. Qeyd edək ki, heyətində bir nəfər də olsun azərbaycanlı olmayan (Tatyana Deniskina, Dina Ulyanova. Renara Tiffani və Aleksandra Mollenxauer) qadın komandamız uğurla mübarizə apararaq, İslamiada-2022-nin qalibi adını qazanıb. Xatırladaq ki, yarımfinalda Özbəkistanı 16:6 hesabla üstələyən qadın "millimiz" həlledici finalda isə Malini daha fərqli hesabla məğlub edib - 21:6. Heyəti Zaur Paşayev, Amil Həmzəyev, Orxan Aydın və Endar Poladxanlıdan ibarət olan kişi komandamız isə 12 finalda İranı (21:17) məğlub etsə də, həlledici finalda isə Seneqala (16:21) məğlub olaraq, İslamiada-2022-nin ikincisi olub. Onu da qeyd edək ki, 2017-ci ildə Bakıda keçirilən İslamiada-2017-də həm kişi, həm də qadın komandamız birinci olmuşdur.

İNTİQAM Məmmədov

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]