Lənkəran-Astara Regional Təhsil İdarəsi media nümayəndələri ilə görüş keçirib Akif Ağayev (AZ-press.AZ) +FOTO=8

Lənkəran-Astara Regional Təhsil İdarəsi media nümayəndələri ilə görüş keçirib Akif Ağayev (AZ-press.AZ) +FOTO=8

Lənkəran-Astara Regional Təhsil İdarəsi media nümayəndələri ilə görüş keçirib Akif Ağayev (AZ-press.AZ) +FOTO=8

 

Avqustun 18-də Lənkəran-Astara Regional Təhsil İdarəsi media nümayəndələri ilə görüş keçirib.

 

Lənkəran şəhərində, “Karnaval” oteldə təşkil olunan tədbirdə təhsil və cənub bölgəsinin mətbuat işçiləri iştirak ediblər.

 

Qonaqları salamlayan Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdiri Elxan Nəcəfov media və təhsil əlaqələrinin möhkəmləndirilməsi, ictimaiyyətlə əlaqələr üzrə peşəkar vərdişlərin artırılması məqsədilə təşkil olunan tədbirin əhəmiyyətindən bəhs edib, Lənkəran, Masallı, Astara, Cəlilabad, Lerik, Yardımlı rayonlarını əhatə edən regional idarənin fəaliyyəti haqqında geniş məlumat verib.
Daha sonra təhsil müəssisələri ilə media mənsubları arasında operativ və səmərəli kommunikasiyanın qurulması barədə fikir mübadiləsi aparılıb.

 

Əlisəfa Həsənov (“Respublika” qəzeti ), Zahir Əmənov (“Cənub.az”), Akif Ağayev (“Azpress.az”, “QHT.az”, ”“Yeni həyat” qəzeti - Masallı), İdris Şükürlü (“Lerik” qəzeti), Pərvanə Əliyeva (AzTv), Cəfər Cəfərov (“Asiya.az”), Asəf Ayazoğlu (“Report”), Elvin Əkbərov (“Xəzər TV”), Esmira İsmayılova (LDU mətbuat xidməti), Rəmzi Şahverdiyev (“AzadMedia.az”), İlkin Rzayev (“APA”), Asif Həsənli (“Region səs” qəzeti), Elnur Qasımov (müəllim-bloger), Afər Kərimov (Lənkəran Peşə Liseyinin direktoru ) birgə əməkdaşlığın perspektivləri, o cümlədən mediada təhsil sahəsinin daha geniş və obyektiv işıqlandırılmasının əhəmiyyətindən danışıb,təhsil müəssisələrinin veb saytlarının müasir standartlara uyğunlaşdırılması və əlçatanlığın təmin olunması və s. barədə təkliflər səsləndiriblər.

 

Müzakirələr zamanı bu yönümlü dəyirmi masa və görüşlərin təhsil müəssisələrində təşkilinin informasiya mübadiləsində mühüm irəliləyişlərə səbəb olacağı vurğulanıb.

 

Akif AĞAYEV.

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]