ŞOK XƏBƏR : İştah qanunu üstələyəndə.... -

ŞOK XƏBƏR : İştah qanunu üstələyəndə....

 Az.PRESS.az- ın əldə etdiyi məlumata görə yaxın günlərdə Bakıya külli miqdarda pul ilə gələn iş adamına H.Əliyev adına Beynəlxalq Hava Limanında yoxlamalar zamanı gömrük xidməti əməkdaşları tərəfindən qərəzli şəkildə maneə yaradılmışdır. Hətta, Rusiya tərəfindən, ölkəyə daxil edilən pulun qanuni olduğunu təsdiqləyən rəsmi sənədlərin olmasına baxmayaraq, həmin iş adamı gömrük işçiləri tərəfindən bürokratik təzyiqlərə məruz qalmışdır. Görünür, külli miqdarda pulu görən gömrük işçiləri öz vəzifə borclarını yerinə yetirməyi unudub,asan yolla qazanc əldə etmək fürsətini əldən buraxmamağı üstün tutublar. Maraqlıdır, görəsən, belə gömrük işçilərinin “iştahından” Dövlət Gömrük Komitəsi sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyevin xəbəri varmı?!
Hal-hazırda adını açıqlamayan gömrük xidməti əməkdaşının verdiyi bu məlumat araşdırılır. Xaricdə yaşayan iş adamı ilə əlaqə yaradılıb,və məlumatın doğru olduğu təsdiqlənib. Yaxin günlərdə həmin iş adamı ilə ətraflı müsahibə hazırlanacaq və sizləri baş vermiş hadisəni bütün təfərrüatı ilə məlumatlandıracağıq.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !