İstərəm sevəsən məni əbədi -

İstərəm sevəsən məni əbədi

İstərəm sevəsən məni əbədi


O dünya hərdənbir səsləyir məni,
İstəmirəm ömrüm keçsin kədərli.
Bu dünya gözəldir mənimçün sənli,
Xoşbəxtəm səninlə olsam da qəmli.
Bilirəm gözlərim olacaq nəmli,
Anasız uşaqtək ağlarsan məni,
Allaha yalvarıb çağırsan məni,
Ruhum gəlib verər sənə təsəlli.
Bilirəm ürəkdən sevirsən məni,
Eybi yox azacıq ağlarsan məni,
Qorxuram özümlə aparam səni,
Sən məni sevirsən mənim bəsimdi.
Xoşbəxt keçirdirik hər saniyəni,
Sevincimdən qəhər bil boğur məni,
Deyirlər məhəbbət bir əfsanədir,
İstərəm sevəsən məni əbədi.
Anam sənə tapşırdı toy günü məni,
Sən də bir gün torpağa tapşırsan məni,
Gəl torpağa baş çək unutma məni,
Unudaram orda çətinlikləri.
İndi şeirlərimi sən oxuyursan,
Deyirsən necə də gözəl yazmısan,
Mən öləndən sonra bir də oxusan,
Deyəcəksən hardan bilib yazmısan.

 

***

 

Gəl mən artıq səni bağışlamışam

 

Gəl, mən artıq səni bağışlamışam,
Adına gör necə şeir yazmışan,
Bütün dünya aləm durub gəlsə də,
Gəl, mən artıq səni bağışlamışam.
Gəl, mən səni unutmamışam,
Səndən özgəsini yar sanmamışam,
Bir anlıq nə olar qayıtsın zaman,
Yenə də yanımda olasan canan.
Gəldin sən sükutla bir xatirə tək,
Uçdum mən sevincdən aman uşaq tək,
Nə olar sən getmə-getmə xatirə,
O gözəl anları qaytar indimə.
Onsuz illərimə qəlbimə doldun,
Özümə balaca bir dünya qurdum,
Axı, sevincimə sən səbəb oldun,
Nə olar sən getmə-getmə xatirə,
O gözəl anları qaytar indimə.
Gəl mən artıq səni bağışlamışam.
Adına gör necə şeir yazmışam!

 

***

 

Sən də sevmədin


Mən səni sevmədim, sən də sevmədin
Sevmək istədikdə başqasın sevdin.
Sən bunu bilirdin, mən də bilirdim.
Bəs neyçün sən axı mənlə evləndin?
***
Sevirdin sən onda bəs niyə getdin,
Bu qədərmi sevgidən sən axır bezdin?
Bilginən mənimçün həyatda heçdin,
Mən səni sevmədim, sən də sevmədin.
***
Sən elə bilirsən özün sevdirdin?
Hər gün bir görüşə gizlin gedirdin.
Elə bilirsən ki, bunu bilmirdim?
Mən səni sevmədim, sən də sevmədin.
***
Görürsən axırda onunla getdin,
Mənim göz yaşıma aman vermədin.
Bəs neyçün sən məni bədbəxt eylədin?
Mən səni sevmədim, sən də sevmədin.
***
Bir söz də söyləyim, bunu bil indi,
Sənin görüşdüyün evli gəlindi.
O sevdiyimin sevmədiyidi,
Onun yoldaşı da bil sevdiyimdi!

Cəmilə Vasif qızı

mob. 070-752-02-38

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !