“Gəzən kitabxana “ Lənkəranda
Bu xəbəri paylaş
Gənclər və İdman Nazirliyinin və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının birgə təşkilatçılığı ilə həyata keçirilən “Gəzən kitabxana” layihəsinin iştirakçıları Astara rayonundan sonra Lənkəran şəhərinə gəlmişlər.
AzərTAc xəbər verir ki, kitabxana bir həftə ərzində rayon sakinlərinə xidmət göstərəcəkdir.
Səyyar kitabxanada dörd dildə - Azərbaycan, rus, ingilis və türk dillərində 5 min ədəd çap və 10 min ədəd elektron kitab mövcuddur.
May ayının 13-dən başlanan aksiya indiyədək Tovuz, Qazax, Quba, Astara rayonlarında həyata keçirilmişdir.
“Gəzən kitabxana”nın iyulun 17-dək lənkəranlı oxuculara xidmət göstərməsi nəzərdə tutulmuşdur.
Bu xəbəri paylaş
Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən www.AZpress.AZ saytına istinad zəruridir !