Azərbaycanın ən tanınmış modelləri oktyabrın ilk həftəsində bir araya toplaşacaq -

Azərbaycanın ən tanınmış modelləri oktyabrın ilk həftəsində bir araya toplaşacaq

 Son zamanlar Azərbaycanda bir çox Serialların, Reklam çəklişlərinin və Bədii filimlərin sürətli çəkilişlərinin başlanması ilə əlaqədar olaraq yeni simalara, yəni yeni modellərə tələbat artıb. Bununla əlaqədar olaraq "High Life” Fashion & Model Academy-nin təşəbbüsü ilə təşkil olunan “YÜKSƏK HƏYAT” New Face 2013 layihəsinə start verildi.
Bizə bu haqda "High Life” Fashion & Model Academy- nin Baş direktoru təşkilatçı
Aqil Məmiyev açıqlama verib.Təkilatçının sözlərinə görə şirkətin Prezidenti Mübariz Allahverdizadə ilə layihəni təşkil etməkdə məqsədimiz Kino, Serial, Klip və Reklam çəkilişləri üçün güclü aktyor və model bazası yaratmaq və yeni simaları ictimaiyyətə tanıtmaqdır.Azərbaycanın ən tanınan Modelləri ilə yanaşı Model olmaq istəyən gənclər üçündə kastinq nəzərdə tutulub. Kastinqdən keçənlər və münsiflər tərəfindən bəyənilən ilk 5 nəfər möhtəşəm proyektdə iştirak etmək şansı qazanır. Təşkilatçı sözlərində onu da bildirdi ki, tədbirdə ən çox Fashion, Casual, Urban, City view və.s çəklişlərə üstünlük veriləcək.Tədbir tanınan fotoqraf "Vogue Agency" -nin direktoru və şirkətimizin baş fotoqrafı Cəlal Hümmətov tərəfindən çəkiləcək. Layihənin seçilmiş şəkilləri Azərbaycanın ilk Fashion (moda) dərgisi olan "MODA PLUS" jurnalında yerləşdiriləcək. Layihədə iştirak etmək istəyən hər kəs bizə müraciət edə bilər.

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !