Şok xəbər : Bir toyda 3 maşın hədiyyə olundu -

Şok xəbər : Bir toyda 3 maşın hədiyyə olundu

AzPRESS-in əldə etdiyi məlumata görə,2 gün bundan əvvəl Bakı şəhərində yerləşən məşhur şadlıq saraylarının birində dəbdəbəli toy mərasimi keçirilmişdir.Bu toyu digərlərindən fərqləndirən əsas cəhət isə toyda hamını şoka salan hadisənin baş verməsi olmuşdur.Belə ki,toy zamanı tanınmış xeyriyyəçi iş adamı və şair Gülağa Tənha toyun əsas səbəbkarları olan bəy və gəlinə qiymətli hədiyyələr vermişdir.Şair toy zamanı bəyə Toyota Prado markalı maşın və gəlinə də Nissan Qashqai markalı maşın hədiyyə etmişdir.Bununla kifayətlənməyən şair bəyin babasına Hyundai Tucson markalı maşın və toyda iştirak edən bəy və gəlinin qohumlarına da müxtəlif qiymətli telefonlar və zinət əşyaları hədiyyə etmişdir.Sonda onu da qeyd edim ki,bu şok xəbər qısa müddət ərzində şəhərə yayılmış və böyük sensasiyaya səbəb olmuşdur.

AzPRESS.az

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !