“İRƏLİ” könüllüləri Bədii Gimnastika üzrə XXI Azərbaycan Çempionatının təşkilində iştirak edib FOTO
Bu xəbəri paylaş
19 aprel tarixində Milli Gimnastika Arenasında Bədii Gimnastika üzrə XXI Azərbaycan çempionatı keçirilib.
“İRƏLİ” İctimai Birliyinin 60 nəfərə yaxın könüllü heyəti Milli Gimnastika Arenasında keçirilən XXI Azərbaycan çempionatının təşkilatçılığında iştirak edib.
Könüllü heyəti arena və marketinq üzrə komandalara bölünərək gün ərzində təşkilati proseslərdə yaxından iştirak ediblər.
Böyük marağa səbəb olan yarışın təşkilatçılığı “İRƏLİ” könüllüləri tərəfindən yüksək səviyyədə başa çatdırılıb və sonda könüllülər sertifikat və diplomlarla təltif olunub.
Məlumat üçün bildirək ki, “İRƏLİ” könüllüləri bundan öncə Bakıda keçirilmiş Voleybol üzrə 1/4 final mərhələsində, 2012-ci il Avrovision, 2011-ci il Boks üzrə Dünya Çempionatı, 2010-cu il Güləş üzrə Avropa Çempionatında könüllü olaraq Azərbaycanda keçirilən tədbirlərin təşkil olunmasında fəal iştirak edib.
Hal-hazırda “İRƏLİ” Könüllülər Mərkəzi Bakıda keçiriləcək Avropa Atletika Çempionatı və Bədii Gimnastika üzrə Avropa Çempionatının təşkilatı işlərinə cəlb olunub.