Region gəncləri Beynəlxalq Gənclər Günündə bəyanat verdi FOTO
Bu xəbəri paylaş
Gənclər üçün Təhsil Mərkəzi “12 Avqust - Beynəlxalq Gənclər Günü” münasibətilə Mingəçevir şəhərində təntənəli tədbir keçirib.
Rəsmi hissədə çıxış edənlər Beynəlxalq Gənclər Gününün əhəmiyyətini vurğulayaraq, bu tədbirin Azərbaycan gənclərinin də beynəlxalq aləmə inteqrasiyası işinə töhfə verdiyini, gənclərimizin beynəlxalq aləmdə nüfuzunu artırdığını, beynəlxalq gənclər hərəkatına qoşulduğunu və digər uğurları dəstəklədiyini qeyd ediblər.
Daha sonra gənclər mədəniyyət, incəsənət, idman, elm, təhsil, texnologiya, iqtisadiyyat və s. sahələrdə öz istedadlarını və qazandıqları uğurları səsləndiriblər. Təşkilatçılar tərəfindən onlara qazandıqları uğurlara görə diplom və hədiyyələr təqdim olunub.
Rəsmi hissənin sonunda iştirakçıların diqqətinə çatdırılıb ki, Azərbaycanın da müxtəlif beynəlxalq günlərdə fəallıq göstərdiyini nümayiş etdirmək məqsədilə bu tədbir haqqında BMT-nin katibliyinə, habelə digər beynəlxalq təsisatlara məlumat veriləcək, Ermənistanın işğalçılıq siyasəti nəticəsində on minlərlə gəncimizin hələ də öz yurd-yuvalarından didərgin düşməsinə beynəlxalq ictimaiyyətin göz yumması bəyan ediləcək.
Mərasim bədii hissə ilə davam etdirilib.
Qeyd edək ki, bu günün Beynəlxalq Gənclər Günü olması 8-12 avqust 1998-ci ildə Lissabon şəhərində keçirilmiş Gənclər nazirlərinin I toplantısında qəbul edilib.