GTM –in Mingəçevir Regional ofisinin idarə heyətinin üzvü ölkəmizi Londonda təmsil etdi
Bu xəbəri paylaş
Gənclər üçün Təhsil Mərkəzinin Mingəçevir regional ofisinin idarə heyətinin üzvü Humay Baxışova London Meridian Kollecində təqaüdlə təhsilini davam etdirmişdir.Bir ay davam edən təhsil müddətində Mərkəzin əməkdaşı kollecdə təhsil alan Ələcazair, Hindistan, Çin, İtaliya, Braziliya və digər ölkələrdən xeyli gəncin iştirakı ilə Azərbaycan mədəniyyəti günləri təşkil etmiş,əcnəbi vətəndaşlara Qarabağ tarixi haqqında əyani vəsaitlər paylanmışdır.Tədbir zamanı Mərkəzin hal –hazırda davam edən “ Azərbaycan mədəniyyətini tanıyaq” layihəsi çərçivəsində əcnəbi vətəndaşlara ölkəmizin müsiqi tarixi, qədim incəsənət sahələri,adət ənənələri, milli mətbəxi haqqında geniş məlumat verilmişdir.
Təhsil müddətinin sonunda Kolleci müvəffəqiyyətlə bitirən Humay Baxışova "Achieved First Certificate (CEFR – R2) ixtisas dərəcəsi ilə təltif edilmişdir.