Təmiz kənd - yerli icmaların iştirakı ilə ekoloji və etnoqrafik identikliyin qorunması və davamlı inkişafı layihəsi -

“Təmiz kənd - yerli icmaların iştirakı ilə ekoloji və etnoqrafik identikliyin qorunması və davamlı inkişafı” layihəsi

"Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi “Təmiz kənd - yerli icmaların iştirakı ilə ekoloji və etnoqrafik identikliyin qorunması və davamlı inkişafı” layihəsinin yekunlarına və hazırlanmış kitabçanın təqdimatına həsr olunmuş mətbuat konfransı 04 sentyabr 2014-cü il saat 16.00-da World Busiuness Center-də (Səməd Vurgun 43, Dünya Biznes Mərkəzi) baş tutacaq. Burada həmçinin layihə çərçivəsində məktəblilər arasında təşkil olunmuş “Təbiət inciləri” fotomüsabiqəsinin yekun sərgisinin keçirilməsi də nəzərdə tutulur. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !