UŞAQLAR HARA " TİSS " ELƏSİNLƏR ??? -

UŞAQLAR HARA " TİSS " ELƏSİNLƏR ???

Padşahın piyada getdiyi yer hara olub, bilirsiz? Siz bu suala cavab tapınca mən məqaləmi yazım...
Deməli belə... Parklarda, küçələrdə zibil qutularının az olması onsuzda, özü bir problemdir. Bəzən əlimdə misal üçün adi dondurma kağızı uzun-uzadı küçələri dolaşıb, zibil qutusu axtardığım zaman mənə kənardan deyilən, əşşi, tulla yerə, getsin, onsuzda zibil qutusu azdı şəhərdə kəlmələrindən bir vətəndaş narahatçılığı keçirdiyim anlar yadıma düşdü. Bu məqsədlə, şəhərin ən gözəl parklarından birinə üz tutub, burada zibil qutularının həqiqətən az olduğunu gördüm və bu haqda məqalə hazırlayıb, fikirlərimi dəyərli oxucularla paylaşmaq istədiyim vaxt başqa bir məsələ məni daha artıq narahat elədi...
Bayaqkı sualın cavabını tapdınız? O boyda Padşah ayaqyoluna piyada gedirmiş....
Sözün düzü, bu mövzuya toxunmağım görə əvvəlcədən bütün oxuculardan üzr istəyirəm. Amma, gəlin, etiraf edək ki, elə məsələlər var ki, bizim özümüzlə, həyatımızla birbaşa bağlıdlır. Bəlkə də, heç bu məsələyə o qədər də fikir verməyəcəkdim, həmin parkda anası ilə gəzintiyə çıxan balaca bir qızın necə kövrlədiyinin şahidi olmasaydım.
Gəzintiyə çıxmaq, istirahət günlərini yaxşı keçirmək üçün şəhərimizdə gündən-günə gözəl, əlverişli şərait, müxtəlif parklar var. Bəs bu qədər gözəlliklərin içində görəsən, bu balaca qızımızı kövrəldən nə idi? Həə... əvvəldən padşah məsələsinə elə-belə toxunmadım.
Balaca qızcığaz çoxlu şirniyyat, marojna yedikdən, sərin sulardan içəndən, başqa uşaqlarla oynayandan sonra birdən anasının əlindən tutaraq dartmağa, yalvarmağa başladı: Ana, çisim var... Ana çox axtardı, başqalarından da soruşdu, lakin, ayaqyolu tapa bilmədi. Hətta öz-özünə danışırmış kimi, hələ adi ev tikiləndə, birinci hamam-tualeti hazırlayırlar deyə, söyləndi. Bu boyda şəhəri səhərə qədər gəzəsən ki, bəlkə, bir tualet tapasan.
Ananın dediklərində çox böyük həqiqət vardı.
Balaca qızcığaz isə heç cür dayanmırdı, axırda ana naəlac qalıb qızı ağacın altına çəkdi. Qızcığaz sakitləşdi.
Acınacaqlı haldır ki, kənardan keçib-gedənlər gördüklərini adi hal kimi seyr edir, hətta gülürdülər də. Amma, hansı mədəniyyətə sığar axı bu hal? Nə isə...Heç xoş olmayan həmin epizodu gördükdən sonra fikirləşdim ki, görəsən yaşlı insanlar, sağlamlığında hər hansı qüsurları olanlar ne edir belə çətin məqamlarda?
Və bir daha təəssüflə yəqin etdim ki, şəhərimizdə bu məsələdə də həqiqətən çatışmazlıqlar vardır...
Zülfiyyə Ağasəlimqızı

TƏSİSÇİ REDAKTORDAN:

Cənab park müdirləri, bu səhifəni biz bilərəkdən MƏDƏNİYYƏT bölməsində açdırmışıq! Bir az mədəniyyətli olun.Biz bu mövzuya bir də qayıdacağıq! Qayıdacağıq ona görə ki,əlimizdə elə biyabırçı faktlar var ki...
Deyəsən, Sizə bu parkları veriblər ki,QAZ VURUB,QAZAN DOLDURASIZ...ağlınıza və kefinizə nə gəldi edəsiz! Parklar sizin süni olaraq yaratdığınız problemlərdən yaranan əsəb ocağı deyil,
parklar istirahət yeridir!...

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !