Elçin Səlimli: - Bizimkidi, bizimki

Elçin Səlimli: Bizimkidi, bizimki

Bizimkidi, bizimki

 

Dərdlərimi yaza-yaza gəlmişəm,
Fikirləri yoza-yoza gəlmişəm,
Məzarların qaza-qaza gəlmişəm,
O gədalar, söylə görüm, kimdiki
Ana torpaq bizimkidi, bizimki.

 

Əbəs yerə tükətmərəm nəfsimi,
Haqq yerinə ucaldaram səsimi,
Qazandığım günə bugün, bəsimdi,
O dığalar, söylə görüm, kimdiki
Ana vətən bizimkidi, bizimki.

 

Vəli qağam, dərdlərimiz tükəməz,
Hamı bilir, haqq nazilnər, üzülməz,
Belə dövran, belə həyat çəkilməz,
Dünya bizi yazmaq üçün seçdi ki,
Kağız, qələm bizimkidi, bizimki.

05.04.2013

 

 


Olarmı (Vəli Xramçaylıya)

 

İnsan deyil sankin dağdı,
Dağ qədər də, qürurludu,
Alnı açıq, vüqarlıdı,
Ona bənzər varmı biri
Onu duymamaq olarmı ?!

 

Görməmişəm qəlbə dəyən,
Ya bir kimsəni incidən,
Bir kəlmə yalnış söyləyən,
İçindədir sözü, sirri
Onu anmamaq olarmı ?!

 

Ləhcəsi şən, sözü şirin,
Şeir qoşar dərin-dərin,
Qonağıdır hər bir elin,
Bir gün bilərlər dəyərin
Ona doymamaq olarmı ?!

 

06.04.2013

 

 


Vəli qağam

 

Dağ kimi möhkəm dayanıb,
Dost-tanışa məlhəm olub,
Bir sözü də, kəm olmayıb,
Uca boylu Vəli qağam.

 

Şirin sözü, avazı var,
Hey dillənən bir sazı var,
Gül-çiçəkli, tər yazı var,
Şux baxışlı Vəli qağam.

 

Yox dünyadan təmənnası,
Nə kimsədən bir qorxusu,
Qılınc kimi kəsər səsi
Dəli-dolu Vəli Qağam.

 

Vəli qağam haqq aşığı,
El-obanın yaraşığı,
Mən onun arxa, dayağı,
Od-alovlu Vəli qağam.

 

08.04.2013

 

 


Ay Qağa (zarafatla)


Axır vaxtlar yaman kürdən deyirsən,
Əsil kürqıraqlı mənəm, ay qağa.
İnanmırsan gedək, çıxaq Surraya,
Elə özüm o kənddənəm, ay qağa.

 

Vidadidən, gah Vaqifdən deyirsən,
Səmədlə də, sən özünü öyürsən,
Bir az bizdən söyləməyə buyur sən,
Düşünmə heç, mən xainəm, ay qağa.

 

Ana kürün, Kürçaylısı olubdu,
Ulutürkü ümmanlara dolubdu,
Demədiyim bəziləri qalıbdı,
Sən onlardan söylə görüm, ay qağa.

 

Kürü görüb Xramçaylı olmusan,
İlhamını Sən də, ondan almısan,
Neyləyim ki, həm Şıxlıdan çıxmısan,
Mən də, sənin həmdəminəm, ay qağa.

 

Səlimliydim, Kürqıraqlı dedilər,
Dostlar mənlə özlərini öydülər,
Mənlə gəzib, mənlə deyib-güldülər,
Elə həmin Səlimliyəm, ay qağa.

 

 

09.04.2013

 

 

 

Eşitmişəm itirmisən Arifi,
Axtarıb, gəzirsən sən də, hər yeri,
Darıxma, alarsan xoş bir xəbəri,
Onu axtarmağa dəyərmi qardaş
Axtara-axtara ağaracaq baş.

 

O ya dağdadı, ya gədikdədi,
Məkanı Gədəbəy, ya Lerikdədi,
Gəzdiyim yerlər də, didik-didikdi,
Mən də, bu gərdişə qalmışam çaş-baş
Alış vəziyyətə sən yavaş-yavaş.

 

İtsədə nə olsun, dünya dağılmaz
Yer özü inan ki, ayrımsız qalmaz
Hamı tapılsa da, ayrım tapılmaz
Hayqırıb dünyaya açma, sən savaş
Kimsə eşitməsin, nə də ki, bir daş.

 

Gəl dinlə Elçini, Ay Vəli qağa,
Salma heç özünü daşa, nə dağa
Gələrəm dalınca mən lap Tayqaya
Etmisən sən onu, özünə sirdaş
O da, sənin qədər ağrınaydı kaş.

 

14.04.2013

 

 

Gözləyin məni

 

Bu gözəl obanın hər yanı cənnət
Torpağı qızıldır, həm də, ki,sərvət
Getdikcə yurduma artır məhəbbət
Bu gözəl yerlərə səsləyin məni
Bu gözəl yerlərdə gözləyin məni.

 

Baxıram hər yana, bəzənib çöllər
Yam-yaşıl don geyib geniş çəmənlər
Üzünə gülürlər açan lalələr
Laləli düzlərə səsləyin məni
Laləli düzlərdə gözləyin məni.

 

Ruhumu oxşayır yazla təmasım
Yazsız ötüşməsin hətta bir anım
Hər səhər bu təblə mən də, oyanım
Göy otlu çöllərə səsləyin məni
Ətirli çöllərdə gözləyin məni

 

Elçinəm başıma vurdu məhəbbət
Yenə də, qarşımda durdu məhəbbət
Laləli boynunu burdu məhəbbət
Şehli çəmənlərə səsləyin məni
Çiçəkli çəməndə gözləyin məni.

 


Şəmkir, Tovuz, Ağstafa 05.05.2013

 

 

Qalib müəllim

 

Gözəl xəlq eyləmiş səni yaradan
Cismin yaradılmış sanki zəkadan
Qələm əxz edilmiş sənə Xudadan
Çöhrəndən nur yağır mənim əzizim
Gülümsər sifətli Qalib müəllim.

 

Səndəki o ürək kimsədə olmaz
Elmin, kəramətin heç zaman solmaz
Dəyərsiz insanlar səni anlamaz
Olmusan örnəyim, həm də, həmdəmim
Müzəffər baxışlı Qalib müəllim.

 

O geniş köksünə bir dünya sığmaz
Gövhər xəzinəndən heç səhv də, çıxmaz
Sən tək cəvahirə qıyan tapılmaz
Səninlə yaşayır böyük tarixim
Qaynar, hərarətli Qalib müəllim.

 

Bizə yol göstərən sanki mayaksan
Nadana,nankora savaş açmısan
İstəkli silahdaş, yaxşı ki, varsan
Öyünsün səninlə obam, həm elim
Məğrur, dəyanətli Qalib müəllim.

 

Sən şair Elçini gətirdin vəcdə
Səni sevməyənlər düşəcək dərdə
Hər zaman mən sənə edəcəm səcdə
İnan ki, bir an da, susmaz qələmim
Ey geniş ürəkli Qalib müəllim.

 

31.05.2013

 

 

Bahar nəğməsi

 

Bahar nəğməsini çalır könüllər
Mizrablar düzülüb simlərin üstə
Gözəllər güllərdən çələng hörürlər
Yanaqlar lalədir, dodaqlar püstə.

 

Qız-oğlan yayılıb yamac döşünə
Onları salamlar boylu bənövşə
Utancaq lalələr düşüb təşvişə
Gözləri axtarır, qulağı səsdə.

 

Gəlirlər görüşə hey dəstə-dəstə
Bu gözəl fəsildə sevilmək üçün
Onlar düzüm-düzüm boyları bəstə
Sevgi nəğməsini söyləmək üçün.

 


Bahar ömrümüzün sevgi fəslidir
Bu fəsil hamıya qoy qismət olsun
Dünyanın məhəbbət, həyat rəmzidir
Təki ürəklərdə hərarət olsun.

 

Yenigün kəndi. 01.06.2013

 

 

Bahar haqqı

 

Axı niyə səni, sevdim ay gözəl
Səninlə özümü öydüm ay gözəl
Dərdindən az qala öldüm ay gözəl
Bir də söyləmərəm bu nahar haqqı
Təzə-tər, dürr kimi bu bahar haqqı.

 

Qəlbimi açsam da, anlamadın sən
Bilmədim cahilsən yoxsa gözəlsən
Sən də, mənim kimi kaş sevə bilsən
Çox da düşünmərəm bu axar haqqı
Gül-çiçək ətirli bu bahar haqqı.

 

Bəsdir sən Elçini gətirdin cana
Gərəksiz adətdən bir utansana
Həyata sevgiylə durub baxsana
Odlu, hərarətli bu yanar haqqı
Daim təravətli bu bahar haqqı.

 


Aşağı Göyəli. 08.05.2013
Yenigün kəndi. Ağstafa ş.

 

 

 


Oda yanım

 

Burax məni ay gözəlçə,
Çıxım gedim öz yolumla.
Çox görüşdük biz gizlicə,
Burax gedim, ağrın alım.

 

Gizlin-gizlin görüşdük biz
Düşündükcə gecə-gündüz
Utandıq biz, utandı üz
Burax gedim , qadan alım.

 

Ötdü dövran, döndü zaman
Dəyişdik biz heç durmadan
Söz eşitdik biz ordan-burdan
Burax gedim, dərdin alım.

 

Demə Elçin çox dəyişib
Milyonlarla söz eşidib
O hər zaman səni sevib
Burax gedim, oda yanım.

 

Ağstafa. Aşağı Göycəli. 10.05.2013
Yenigün kəndi

 

 


Özüm-özümdən

 

Dünən biz səninlə çox yaxın idik
Niyə aramızda uçurum yarandı
Nə umu, nə də ki, küsmək bilərdik
Sanki qoşa qalan birdən alındı.

 

Biz hardan bilərdik belə olacaq
Həyat məhvərindən birdən duracaq
Sevgi yollarını tikan tutacaq
Ayrılıq nəğməsi nədən çalındı

 

Onsuz da ürəyim narahat idi
Söyləyə bilmərəm, bilmirəm nədən
Əhvalım yenə də, yaman dəyişdi
Yenə də, qələmə sarıldım həmən.

 

Ay Elçin, darıxma, yorma özünü
Həmişə mərdliklə söylə sözünü
Yorulsan tanrıya tut, öz üzünü
Danışa bilməsən özün-özünnən.

 

02.06.2013
Ağstafa ş.

 

 


Yenə xəzan yeli döyür qapımı,
Sinəmi yenə də, sərt külək vurur.
Kimsə də, duymayır tənha halımı
Fikirlər beynimdə tufan qoparır.

 

Yenə də, gedirəm payıza doğru,
Ürəyim sitəmlə, ağrıyla dolu.
Dərdlərim inan ki, yaracq bağrı
Həsrətli baxışlar kəsibdir yolu.

 

Mürgülü gözlərim yorğun dayanıb,
Gecələr yuxum da, ərşə çəkilir.
Yaralı könlümün gücü qalmyıb
Elə bil qarşımda səddlər dikilir.

 

 

Üzsədə Elçni bu çətin anlar,
Dərdlərin önündə məğrur dayanar.
Eşqinin yolunda günəş tək yanar
Ancaq sevə-sevə təskinlik tapır.

 

09.09.2013

 

 


Zamanın əqrəbi sanki dayanıb,
Elə bil işləmir xeyrimə mənim.
Bütün rahatlığım tamam pozulub
İşləmir beyinim, durub əllərim.

 

Çırpınır ürəyim, çıxır qəfəsdən,
Xəbərim yoxmudur bəlkə heç nədən,
Bəlkə də, intiqam alırlar məndən,
Sonsuz fikirlərim, itən ümidim.

 

Sevirdim həyatı mən lap kökündən,
Bağlıydım elimə hətta dərindən,
Nə oldu, bir anda itdi gözümdən
Qurduğum xəyallar, sevgi hisslərim.

 

Söyləyə bilmirəm daha dərdimi,
Qərq edib fırtına suya gəmimi,
Daha qurtarmayın, unudun məni,
Sevinsin düşmənim, həm də ki, elim.

 

Yenigün k. 23.09.2013

 

 


Yaman fikirliyəm bu gün həyatım
Ürəyim balamın dərdini çəkir.
Xəstədir, ağrıyır gözəl Ləmanım
Bir ata bağrını ağrılar əzir.

 

Çox ağır olur övlad ağrısı,
Ərşə də çəkilir şirin yuxusu,
Heç xəbər tutmayır hətta çoxusu,
Vəziyyət evimdə sirr kimi gəzir.

 

Hər uzun gecənin bir səhəri var,
Dünya gözlərində qoy olmasın dar,
Darıxma gül üzlüm hər şey qurtarar
Bulud çəkiləndə günəş görünür.

 

Səni yaradana şükr edirəm mən
Gündə neçə dəfə zikr edirəm mən
Həmişə qəlbimə əmr edirəm mən
Hər şeyi bacaran ulu Tanrıdır.

 

23.09.2013

 


Dünya

 

Şikayət etmirəm öz talehimdən,
Səbəbsiz çıxmışam oba, elimdən,
Düşməyir adları hələ dilimdən,
Məni qınamağa dəyərmi, dünya.

 

Hər görən söyləyir nədən çıxmısan
Tanıyan söyləyir həmən çıxmısan
Dost-tanış söyləyir kimnən çıxmısan
Məni danlamağa dəyərmi, dünya.

 

İndi nə axtaran, nə arayan var,
Yel vuran telləri nə darayan var,
Elə bil ölmüşəm, nə ağlayan var,
Məni ağlamağa dəyərmi, dünya.

 

Elçin, kövrəlmisən dərdin əlindən,
Çox şey öyrənmisən mərdin əlindən,
Qorxma, öləcəksən elin əlindən,
Məni qurtarmağa dəyərmi, dünya.

 

Yenigün k. 23.09.2013

 

 


Bir daha sevgidən yazan
deyiləm

 

Təbim coşub gurlamayır,
Fikrim qaçıb qayıtmayır,
Ürək inan açılmayır,
Bir daha sevgidən yazan deyiləm.

 

Sevgi də, əbəsmiş, daha sən demə,
Sevginin yolunda daha qəm yemə,
Daha bu yolda da, ölümə getmə,
Bir daha sevgidən yazan deyiləm.

 

Nə gözəl qalıbdır, nədə ki, nazı,
Ölüb – dirilsən də, bu yolda azı,
Yola sal ,qoy getsin payızı,yazı,
Bir daha sevgidən yazan deyiləm.

 

Ay Elçin,nə olub düşmüsən ruhdan,
Yazardın sevgidən sən yorulmadan,
İndisə deyirsən heç utanmadan,
Bir daha sevgidən yazan deyiləm.

 

23.09.2013

 

 

 

Təmtərağındı

 

Barlı-bəhrəli bir bağa girdim,
Gülən salxımları görüb sevindim,
Qırdım salxımlardan, dərdikcə-dərdim,
Şəfəq tək üzümlər parıldayırdı.

 

Əkilib sırayla tənək kolları,
Səliqə - səhmanı öz yerindədi,
Cərgələr xət boyu sıra-sıraydı,
Səbətlər məhsulla tez-tez dolurdu.

 

Salxımlar gövdəli, bal kimi şirin,
Toplayıb onlardan doyunca yeyin,
Dərdikcə üzümü ürəkdən deyin,
Olsun bərəkətli həm də, dəyərli.

 

Ay Azər, məhsulun qoy aşıb-daşsın,
Günəş tək salxımlar alışıb-yansın,
Barından dostlar da, qoy pay aparsın,
Bu sənin səxavət, təmtərağındı.

 

Yenigün k. 28.09.2013

 

 

 

Cevizlər

Arxın kənarında yaşıl çəməndə,
Boy-boy əkilibdir sağlam cevizlər.
Bax elə burada otlar içində
Durub bir-birinə dayaq cevizlər.

 

Yam-yaşıl ağaclar iri gövdəli,
Qaya tək möhkəmdi, həm də, qamətli
Göylərə baş çəkir, canlı-cüssəli
Tutub əllərində bayraq cevizlər.

 

Məğrur dayanıblar səssiz-səmirsiz
Kaş onlar olmasın çölsüz-çəmənsiz
Hətta mən deyərdim qərib, vətənsiz
Torpağıma arxa, oyaq cevizlər.

 

Onları görüncə şair sevindi,
Qəlbində yuxulu arzular dindi,
Baxdı göz dolusu, ürəklə dedi
Xainə, xəbisə yaraq cevizlər.

 


Yenigün k. 28.09.2013

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !