Azərbaycan paytaxtı 2012-ci ili möhtəşəm təntənə ilə qarşıladı -

Azərbaycan paytaxtı 2012-ci ili möhtəşəm təntənə ilə qarşıladı

Azərbaycan paytaxtı 2012-ci ili möhtəşəm təntənə ilə qarşıladı : (AzərTAc) + FOTO reportaj: AzPRESS.az

 

 

Artıq 2011-ci il tarixə çevrilmişdir. Yola saldığımız il yaddaşımıza ölkəmizin dinamik inkişafı, uğurlar ili kimi həkk olunmuşdur. Azərbaycanımız böyük iqtisadi inkişafa nail olmuş, beynəlxalq mövqelərini möhkəmləndirmişdir. Ölkəmizin həyatının bütün sahələri çox uğurla və sürətlə inkişaf etmiş, Azərbaycan iqtisadi artım tempinə görə lider mövqelərini yola saldığımız ildə də qoruyub saxlamışdır. Azərbaycanın BMT-nin Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi, "Eurovision-2011" beynəlxalq mahnı müsabiqəsində möhtəşəm qələbəsi, müstəqilliyimizin bərpa olunmasının 20 illiyinin təntənə ilə qeyd edilməsi yola saldığımız ildə tariximizə yazılmış ən parlaq səhifələrdir.
AzərTAc xəbər verir ki, Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Bakı Şəhər İcra Hakimiyyəti dekabrın 31-də paytaxtda möhtəşəm bayram atəşfəşanlığı təşkil etmişdir.
Dəqiqələr ötdü və xalqımız 2012-ci ilə qədəm qoydu. Dənizkənarı Milli Parkda, Saat qülləsinin yanında sürəkli möhtəşəm atəşfəşanlıq yeni ilin ab-havasına bürünmüş şəhərimizin soyuq qış səmasını əlvan rənglərə boyadı.
Bu möhtəşəm gözəlliyi seyr etmək üçün şəhərimizin küçə və meydanlarına axışan bakılılar və paytaxtımızın qonaqları əsası ümummilli liderimiz Heydər Əliyevin qoyduğu və Prezident İlham Əliyev tərəfindən davam etdirilən uğurlu iqtisadi siyasət nəticəsində gündən-günə gözəlləşən, yeni görkəm alan doğma Bakımızın səmasını al-əlvan rənglərə boyayan bayram atəşfəşanlığını böyük maraqla seyr etdilər. Al-əlvan işıq selinə qərq olmuş Bakımızın Yeni il gecəsinin səma görüntüsü illər boyu yaddaşlardan silinməyəcəkdir.
Xalqımız köhnə ili təmtəraqla yola saldı, Yeni ilə xoş arzuların, ümidlərin, yeni qələbələrin sorağı ilə qədəm qoydu.
Qədəmlərin uğurlu olsun, Yeni il.

 

 

 

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !