Heydər Əliyev Fondunun təşəbbüsü ilə uşaq evləri və Daun Sindromlu Uşaqların Reabilitasiya Mərkəzinin sakinləri üçün şənlik təşkil olunub FOTO
Bu xəbəri paylaş
İyunun 24-də Heydər Əliyev Fondunun təşəbbüsü ilə uşaq evləri və Daun Sindromlu Uşaqların Reabilitasiya Mərkəzinin sakinləri üçün növbəti dəfə şənlik təşkil olunub.
Şənlikdə Fondun vitse-prezidenti Leyla Əliyeva iştirak edib.
Şənlikdə Nizami rayonundakı 1, Xətai rayonundakı 3, Suraxanı rayonundakı 2 nömrəli uşaq evlərinin və Daun Sindromlu Uşaqların Reabilitasiya Mərkəzinin sakinləri iştirak ediblər.
Leyla Əliyeva uşaqlarla söhbət edib.
Sonda uşaqlara Heydər Əliyev Fondunun hədiyyələri paylanıb.
Bu xəbəri paylaş
Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən www.AZpress.AZ saytına istinad zəruridir !