Mingəçevir şəhərinə kommunal təyinatlı 13 yeni avtomobil gətirilib -

Mingəçevir şəhərinə kommunal təyinatlı 13 yeni avtomobil gətirilib

AZƏRTAC xəbər verir ki, avqustun 25-də Mingəçevir Şəhər İcra Hakimiyyətinin rəhbərliyi və ictimaiyyət nümayəndələri yeni avtomobillərə baxış keçiriblər. Qeyd olunub ki, Mingəçevirdə son illər böyük tikinti-quruculuq və abadlıq işləri aparılır. Prezident İlham Əliyev şəhərdə son bir ildə görülən bu işlərə yüksək qiymət verib. Ölkə rəhbərinin tapşırığı ilə ayrılan əlavə vəsait hesabına kommunal təyinatlı yeni texnikalar alınıb. Qeyd edilib ki, bu, şəhərdə təmizlik işlərini daha müasir üsulla həyata keçirməyə imkan verəcək.

Daha sonra kommunal təyinatlı 13 adda yeni texnikanın funksiyaları barədə məlumat verilib.

Texnikalara baxış zamanı ictimaiyyət nümayəndələri sürətlə inkişaf edən Mingəçevirin təmizliyi və gözəlliyi üçün yaradılan şəraitə görə Prezident İlham Əliyevə minnətdarlıq ediblər. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !