Mingəçevirdə əmək yarmarkasında 44 nəfər işlə təmin olunub -

Mingəçevirdə əmək yarmarkasında 44 nəfər işlə təmin olunub

Mingəçevir. Elvin Yaqubov-APA. Mingəçevir şəhərində işsiz vətəndaşların məşğulluğunun təmin edilməsi məqsədilə keçirilən növbəti əmək yarmarkası insanların marağına səbəb olub. APA-nın yerli bürosunun xəbərinə görə tədbirdə vətəndaşlara 31 müəssisə və təşkilat tərəfindən 147 boş iş yeri təklif olunub. Boş iş yerləri 101 dövlət və 46 özəl təşkilat, bir xarici şirkət və bir fiziki şəxs tərəfindən təqdim olunub. Yarmarkanın açılış mərasimində Mingəçevir Məşğulluq Mərkəzinin direktoru İsmayıl Məmmədov çıxış edərək bildirib ki. burada işəgötürən idarə və təşkilatların nümayəndələri vətəndaşlara təklif etdikləri yeni iş yerləri üçün 115 manatdan 340 manatadək əmək haqqı veriləcəyini bildiriblər. İş üçün müraciət edənlərdən 44-ü öz istəyinə və ixtisasına uyğun olaraq işə göndəriş alıb. Vətəndaşlar əsasən təhsil və səhiyyə müəssisələrində, xidmət təşkilatlarında, tikinti sahəsində işlə təmin olunublar.
Qeyd edək ki, noyabrın 21-də isə Mingəçevirdə tələbə və məzunlar üçün “Karyerada ilk addım” adlı tədbir keçiriləcək.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !