Raqif Abbasov: - Azərbaycana gələn qonaqlar ölkəmizdə idman infrastrukturunun mükəmməlliyinə heyran olurlar

Raqif Abbasov: Azərbaycana gələn qonaqlar ölkəmizdə idman infrastrukturunun mükəmməlliyinə heyran olurlar

Gələn il Azərbaycan “Formula-1” Avropa Qran-pri yarışlarına, Şahmat Olimpiadasına, 2017-ci ildə isə IV İslam Həmrəylik Oyunlarına ev sahibliyi edəcək. Ölkəmiz bu mötəbər tədbirlərə yüksək səviyyədə hazırlıq işləri görüb. Azərbaycana gələn qonaqlar həmin yarışların keçiriləcəyi arenalarla tanış olarkən ölkəmizdə idman infrastrukturunun mükəmməlliyinə və möhtəşəmliyinə heyranlıqlarını bildirirlər.

Bu sözləri Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov noyabrın 16-da AZƏRTAC-a müsahibəsində deyib.

Baş İdarənin rəisi bildirib ki, Moskvanın Bədən Tərbiyəsi və İdman Departamentinin Bakıda səfərdə olan nümayəndə heyətinin üzvləri də Azərbaycanda bütün istiqamətlərdə olduğu kimi, idman sahəsində də qısa müddətdə görülmüş işlərin miqyasını və əhəmiyyətini yüksək qiymətləndiriblər.

Rusiya nümayəndə heyəti ilə görüşdə müzakirə olunan məsələlərdən danışan R.Abbasov deyib ki, söhbət zamanı Azərbaycandakı Olimpiya İdman komplekslərində Rusiya idmançılarının təlim-məşq toplanışları keçirməsi, hakimlər, məşqçilər üçün birgə ixtisaslaşdırma kurslarının təşkili, qarşıdakı yarışlar və s. məsələlər ətrafında fikir mübadiləsi aparılıb. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !