Musiqili Teatrda bu həftə 5 tamaşa nümayiş olunacaq -

Musiqili Teatrda bu həftə 5 tamaşa nümayiş olunacaq

Azərbaycan Dövlət Musiqili Teatrında bu həftəsonu 5 tamaşa nümayiş olunacaq. Teatrın Mətbuat xidmətinin rəhbəri Samir Sədaqətoğlu bildirib ki, bunlar 20, 21, 22 noyabr tarixlərində saat 12.00 və 19.00-da tamaşaçılara təqdim olunacaq “Kimdir müqəssir?” (Ə. Haqverdiyev), “Ər və arvad” (Ü. Hacıbəyli), “Dəcəl çəpişlər” (O. Zülfüqarov, R. Heydər), “Düyməcik” (H.K. Andersen) və “O olmasın, bu olsun” (Ü. Hacıbəyli) tamaşalarıdır. Dövlət Musiqili Teatrı bu həftə də həm rusdilli, həm də balaca tamaşaçılarını unutmayıb. Belə ki, 21 noyabr saat 12.00-da O. Zülfüqarov və R. Heydərin “Dəcəl çəpişlər” əsəri Azərbaycan dilində, 22 noyabr saat 12.00-da isə H.K. Andersenin “Düyməcik” tamaşası rus dilində uşaqlar üçün nümayiş olunacaq. Tamaşaçılar həftəsonu 3 gün ərzində nümayiş olunacaq səhnə əsərlərində sevimli aktyorlar – Xalq artisti Fatma Mahmudova, Əməkdar artistlər Ələkbər Əliyev, Svetlana Bulax, Çingiz Əhmədov, Nahidə Orucova, Şövqi Hüseynov, Boris Qrafkin, Əzizağa Əzizov, Novruz Qartal, Əkbər Əlizadə, aktyorlar Emil Heydərov, Elnarə Nağdəliyeva, Ruslan Mürsəlov, Elməddin Dadaşov, Yuliya Heydərova, Şaban Cəfərov, Mehriban Zalıyeva, Möylə Mirzəliyev, Marina Litvinenko, Fərid Rzayev, Gülcahan Salamova, Əliməmməd Novruzov, Gülçöhrə Abdullayeva, Məhərrəm Qurbanov, Nadejda Povelitsına, Ağaxan Şərifov, Gülnarə Əzizova, Elxan İsmayılov, Elçin İmanov və başqalarının ifalarını izləyə biləcəklər. Azərbaycan Dövlət Musiqili Teatrı həftəni üzlərində təbəssüm, xoş ovqatla başa vurmaq istəyən hər kəsi bu maraqlı səhnə əsərlərini izləməyə dəvət edir. Qeyd edək ki, bir biletin qiyməti yerindən asılı olaraq 6, 7, 8, 10 manatdır.

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !