Biznesin uğurlu idarəetmə modeli – gələcəyin təminatıdır -

“Biznesin uğurlu idarəetmə modeli – gələcəyin təminatıdır”

LAYİHƏSİ ÜZRƏ TƏŞKİLATLARA SƏFƏRLƏR TƏŞKİL OLUNDU

 

“Biznesin uğurlu idarəetmə modeli – gələcəyin təminatıdır” layihəsi Azərbaycan Gənclər İttifaqı tərəfindən bu ilin sentyabr ayından Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu tərəfindən dəstəklənərək həyata keçirilməyə başlayıb.
Layihənin məqsədi gənclər arasında biznes sahəsində uğurlu idarəetmə sisteminin tətbiq edilməsi ilə innovativ metodların yayılması, eləcə də, gənc iş adamlarının biznes fəaliyyətlərindəki durumun yaxşılardırılmasına səylərin göstərilməsi və davamlı fəaliyyəti üçün effektiv yerli və xarici təcrübələrin təbliğidir. Bu məqsədə nail olmaq üçün layihə çərçivəsində məktəblərin yuxarı sinif şagirdləri arasında düzgün ixtisas seçimi üzrə məlumat xarakterli seminarların təşkili, universitetlər, kolleclər və s. məzun olan gənclərin işlə təmin edilməsi üçün effektiv strategiyanın tətbiqi üçün təlimlər keçirildi, biznes ideyalara dəstək üçün başlanğıc (start-up) maliyyəyə çıxışı, inzibati və hüquqi biliklər, biznesə dəstək və inkişaf istiqamətində biznes planlarını hazırlanması üzrə yardım, gənclər üçün biznesin idarəetmə sahəsində məlumatlandırma və maarifləndirmə, biznesin uğurlu idarəetmə modelinin tətbiqi kimi fəaliyyətlər yerinə yetirildi.
Layihənin icrası zamanı ictimaiyyət layihə barədə məlumatlandırıldı, təlimlər zamanı keçirilən mövzular üzrə materiallar CD-lərdə çoxaldılıb paylandı, biznes planların hazırlanması və təlimlərdə iştirak etmiş dinləyicilərin yerlədəki müfaviq təşkilatlara səfərləri təşkil olundu. Səfərlərin məqsədi təlimlərdə əldə etdiklər biliklərin təşkilat və müəssisələrdə tətbiqi sahəsində praktiki fəaliyyəti öyrənmək, müvafiq tədbirlər haqqında məlumatın icrasının müşahidəsi, bu sahədə digər lazımi informasiyanı əldə etmək idi.
Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu tərəfindən dəstəklənən layihə bu ilin noyabr ayının sonunda başa çatacaq.

 

“Biznesin uğurlu idarəetmə modeli – gələcəyin təminatıdır”
layihəsinin işçi qrupu
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !