"Son reportaj" tamaşasının premyerası keçirildi -

"Son reportaj" tamaşasının premyerası keçirildi

Mingəçevir Dram Teatrında tanınmış rejissor Bəhram Osmanovun quruluş verdiyi "Son reportaj" tamaşasının premyerası keçirildi. Tamaşaya xeyli sayda bölgə teatrlarından və şəhər ictimayyətindən tamaşaçı gəlmişdir. Tamaşadan sonra çıxış edən əməkdar artist Ella Yaqubova başda teatrın direktoru və quruluşçu rejissor olmaqla bütün teatr işçilərini təbrik etdi. Daha sonra tamaşanın müəllifi olan İlqar Fəhminin təbrik məktubunu tamaşaçılara çatdırdı.sonra söz tamaşanın quruluşçu rejissoru Bəhram Osmanova verildi. Bəhram müəllim də bütün yaradıcı heyətə öz təşəkkürünü bildirərək, tamaşanın əsas sujet xətti yaradıcı insanların sənətdə üzləşdiyi rəqabətdən bəhs etdiyini vurğuladı.

Tamaşa forma və uslub baxımından, sərtliyində Mingəçevir Dövlət Dram Teatrı üçün yenidir. Və ifaçılar maraqlı, lakonik idarə vasitələri ilə tamaşanı daha da baxımlı etməyə çalışıblar.

Rəssam Yusif İmamverdiyevin maraqlı səhnə tərtibatı, Elnur Rəsulovun musiqi tərtibatı tamaşada ön plana çəkilən fikirlərin təsir gücünü tamaşaçıya çatdırılmasında böyük, mühüm rol oynayır. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !