Gənclər təşkilatı beynəlxalq əlaqələrini genişləndirir
Bu xəbəri paylaş
Gənclər üçün Təhsil Mərkəzi Türkiyənin nüfuzlu qeyri-hökumət təşkilatı olan “Toplum Gönüllüləri Vakfı” (TOG) ilə əməkdaşlıq əlaqələrini daha da genişləndirir. Bu məqsədlə Türkiyədə səfərdə olan Mərkəzin icraçı direktoru Fəxrəddin Həsənzadə TOG-un baş katibi Evren Ergeç və beynəlxalq əlaqələr departamentinin rəhbəri Emrah Gürsəllə görüşmüşdür.
Tərəflər bir neçə il bundan öncə əsası qoyulmuş əməkdaşlığın daha da genişləndirilməsi istiqamətində fikir mübadiləsi aparmışlar.
Görüş zamanı Azərbaycanda təhsil alan və işləyən türk gənclər, habelə Türkiyədəki azərbaycanlı gənclərlə bağlı müştərək layihələr üzərində işə başlanılması barədə qərar qəbul olunmuşdur.
Qeyd edək ki, TOG 2002-ci ildə yaradılmış və hazırda Türkiyədə 71 mərkəzi fəaliyyət görtərir.
Mətbuat Xidməti