Bakı Musiqi Akademiyasında “Detaşe” violinaçılar ansamblının çıxışı olmuşdur
Bu xəbəri paylaş
Dekabr ayının birinci günündə Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Kiçik zalında “Detaşe” violinaçılar ansamblının çıxışı olmuşdur. Ansamblının bədii rəhbəri AR xalq artisti, professor Zəhra Quluyeva, solist – BMA-nın IV kurs tələbəsi Nəsrin Mustafayeva, konsertmeyster – Səbinə Muradovadır.
Proqramda G.Hendel, İ.Bax, S.Raxmaninov, N.Rubinşteyn, A.Əlizadə, K.Qardelin, T.Quliyev və başqalarının əsərləri ifa olunmuşdur.
Bu xəbəri paylaş
Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən www.AZpress.AZ saytına istinad zəruridir !