"Əbədiyaşar Liderimiz" mövzusunda inşa yazı müsabiqəsinin mükafatlandırma mərasimi -

"Əbədiyaşar Liderimiz" mövzusunda inşa yazı müsabiqəsinin mükafatlandırma mərasimi

Heydər Əliyev Mərkəzində Qaradağ rayonun orta ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri arasında Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr olunmuş “Əbədiyaşar Liderimiz” mövzusunda inşa yazı müsabiqəsinin mükafatlandırma mərasimi keçirilmışdır. Tədbirdə Baş İdarənin gənclərlə iş sektorunun müdiri Zamin Əhmədov, Qaradağ rayon İcra Hakimiyyətinin rəsmisi Firudin Hüseynov, Qaradağ rayon Gİİ-nin rəisi Elçin Abbasov iştirak etmişlər.

Tədbirdə iştirak etmiş məktəblilərə Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin yaradılmasında, milli-siyasi suverenliyin qorunub saxlanılmasında, sürətli iqtisadi inkişafa nail olunmasında, milli-mədəni irsin mühafizəsində misilsiz xidmətlərindən danışılmışdır.

Sonda “ Heydər Əliyev və Müstəqil Azərbaycan ” mövzusunda keçirilən inşa yazı müsabiqəsində I, II, III və 7 nəfər fərqlənmiş şagirdlər Baş İdarə tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə təltif olundular. Nəticələrə görə I yerə Məhərrəmli Əzizə (166 saylı orta məktəb), II yerə Eynullayeva Gültəkin ( 233 saylı orta məktəb), III yerə isə Mirzəzadə Nuranə ( 139 saylı orta məktəb) layiq görülmüşlər. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !