2015-ci ilin yekunlarına görə statistik hesabatların qəbuluna start verildi -

2015-ci ilin yekunlarına görə statistik hesabatların qəbuluna start verildi

Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin konfrans zalında 2015-ci ilin yekunlarına görə paytaxtın bədən tərbiyəsi və idman təşkilatlarından statistik hesabatların toplanması ilə əlaqədar iclas keçirilmişdir. İclasda Gənclər və İdman Nazirliyinin sektor müdiri Aydın Məmmədov, Baş İdarənin rəis müavini Rəşad Əliyev, Baş İdarənin əməkdaşlarından ibarət işçi qrupunun üzvləri, həmçinin rayon Gənclər və idman idarələrinin məsul əməkdaşları iştirak etmişlər. Toplantıda paytaxtda fəaliyyət göstərən tabeçiliyindən və mülkiyyət formasından asılı olmayaraq bütün bədən tərbiyəsi və idman yönümlü təşkilatların müvafiq rayonlar üzrə statistik hesabatların toplanaraq vaxtında təqdim edilməsi vurğulanmış, həmçinin 2015-ci il ərzində yerlərdə yeni istifadəyə verilmiş idman qurğularının hesabatda öz əksini tapması qeyd olunmuşdur.

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !