Neftçala rayonunda "Kempo" idman növünün Full Kempo versiyası üzrə "31 dekabr Dünya Azərbaycanlılarının həmrəyliyi günü"nə həsr olunmuş turnir keçirilmişdir - FOTO

Neftçala rayonunda "Kempo" idman növünün Full Kempo versiyası üzrə "31 dekabr Dünya Azərbaycanlılarının həmrəyliyi günü"nə həsr olunmuş turnir keçirilmişdir FOTO

Azərbaycanın gözəl guşələrindən biri olan Neftçala rayonunda "Kempo" idman növünün Full Kempo versiyası üzrə "31 dekabr Dünya Azərbaycanlılarının həmrəyliyi günü"nə həsr olunmuş turnir keçirilmişdir.Turnirdə 6 komandadan 80-a yaxın idmançı öz güclərini sınamışlar. (Toğrul"İK,Wolf Team,Sumqayıt,Ağcabədi,"Boz Oğuz",Neftçala).Turnir Neftçala rayon İdman Gənclərin və Azərbaycan Karate Do Federasiyaları Assosasiyasının razılığı ilə "Toğrul" İK nun təşkilatçılığı ilə keçirilmişdir.Turnirin açılışı zamanı Azərbaycan Kempo Federasiyasının prezidenti Rauf İbrahimov çıxış edərək bu gün Azərbaycanda dövlətin olimpiya və qeyri olimpiya idman növlərinə fərq qoymadan sürətlə idmanımızın inkişafına dəstək verməyindən danışdı.Sonda qaliblər diplom, medallarla təltif olundular.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !