Baş İdarə tərəfindən paytaxt yarışlarına start verilib
Bu xəbəri paylaş
Yarışlar Respublika Olimpiya Mərkəzində, Respublika Atıcılıq Mərkəzində, Şağan Olimpiya İdman Kompleksində və Azərbaycan Boks Federasiyasının Boks Mərkəzində keçiriləcək.
Yarışların keçirilmə vaxtları aşağıdakı kimidir:
Respublika Olimpiya Mərkəzində 6-7 yanvar 2016-cı il tarixdə atletika üzrə Bakı şəhər birinciliyi 1997-1998 və 1999-2000-ci il təvəllüdlü idmançılar arasında;
Respublika Olimpiya Mərkəzində 8-9 yanvar 2016-cı il tarixdə atletika üzrə Bakı şəhər çempionatı;
Respublika Olimpiya Mərkəzində 22-23 yanvar 2016-cı il tarixdə atletika üzrə Bakı şəhər çempionatı 2001-2002-ci il təvəllüdlü idmançılar arasında;
Azərbaycan Boks Federasiyasının Boks Mərkəzində 5-9 yanvar 2016-cı il tarixdə boks üzrə Bakı şəhər birinciliyi;
Respublika Atıcılıq Mərkəzində 8-13 yanvar 2016-cı il tarixdə güllə atıcılığı üzrə Bakı şəhər çempionatı;
Şağan Olimpiya İdman Kompleksində 11-14 yanvar 2016-cı il tarixdə cüdo üzrə Bakı şəhər açıq çempionatı 2002-2003 və 2004-2005-ci il təvəllüdlü idmançılar arasında keçiriləcək.