Xəzər rayon MKS-in Mərkəzi Kitabxanasında “Azadlığa gedən yolumuz 20 Yanvar”adlı tədbir keçirildi FOTO
Bu xəbəri paylaş
13 yanvar 2016-ci il saat 13:00-da Xəzər rayon MKS-in Mərkəzi Kitabxanasında Ümumxalq hüzn günü 20 Yanvarla bağlı “Azadlığa gedən yolumuz 20 Yanvar”adlı tədbir keçirildi.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə başlandı.
İlk olaraq söz Xəzər rayon MKS-in direktoru Elmara Məcidovanın oldu və bu tədbirin “Dövlət və Qanun”qəzetinin redaktoru Yasəmən Möhübbətin təşəbbüsü və Xəzər rayon MKS-in təşkilatçılığı ilə keçirildiyini vurğuladı.
Tədbir Azərbaycan və Çeçenistan Respublikasının Milli Qəhrəmanı,20 Yanvar faciəsinin canlı şahidi və iştirakçısı,Milli azadlıq hərəkatının təşkilatçısı Arif Məhərrəmova həsr olunmuşdu.Onun haqqında çəkilmiş filmə baxış keçirildi.Bundan sonra qəhrəmanın özünə söz verildi və çıxış etdi.
Söz qiraətçilərə verildi və 149 saylı orta məktəbin şagirdləri tədbir iştirakçılarına öz şeir töhfələrini verdilər.
Tədbirdə Xəzər rayon Veteranlar Şurasının sədri Nüsrət Abdullayev,Həmid Cəfərov şairə-publisist Gülarə Munis,bəstəkar Sevinc Tofiqqızı və Binə qəsəbəsində yerləşən 136,121 saylı orta məktəbin şagirdləri fəal iştirak etdilər.