Atletika üzrə Bakı şəhər birinciliyi keçirilmişdir. -

Atletika üzrə Bakı şəhər birinciliyi keçirilmişdir.

Bakı şəhər Gənclər və idman Baş İdarəsi tərəfindən Respublika Olimpiya Mərkəzində 2001-2002-ci il təvəllüdlü öglanlar və qızlar arasında atletika üzrə Bakı şəhər birinciliyi keçirilmişdir. Birincilikdə Neftçi İKİB, Təhsil RİM, Məhsul İC, Ümid İK, Atletika İK, Bakı şəhəri üzrə Təhsil İdarəsi (BTİ)-ni təmsil edən 110 nəfər idmançı mübarizə aparmışdır. Qızıar arasında 1000 m məsafədə I yerə Sara Kərimova (Təhsil RİM), 300 m məsafədə I yerə Yelena Pextireva (Atletika-BTİ), 60 m məsafədə I yerə Fəxriyyə Tağızadə (BTİ-Atletika), yadro növü üzrə I yerə Musayeva Fatma (Təhsil RİM), uzunluğa tullanmada I yerə Pextireva Yelena (Atletika-BTİ), yadro növü üzrə I yerə Fatimə Musayeva (BTİ), estafet qaçışı üzrə I yerə BTİ komandası, oğlanlar arasında üçtəkanla tullanmada I yerə Rüstəm Məmmədov (Təhsil RİM), 1000 m məsafədə I yerə Sərvər Yılmaz (Ümid İK), 400 m məsafədə I yerə Orxan Ələkbərov (BTİ), 600 m məsafədə I yerə Sərvər Yılmaz (Ümid İK), yadro növü üzrə I yerə Elnur Hacıyev (Təhsil RİM), uzunluğa tullanmada I yerə Sahib Əliyev (BTİ), 60 m məsafədə I yerə Riyad Quluzadə (Atletika İK), estafet qaçışı üzrə I yerə BTİ komandası layiq görülmüşlər.

I, II və III yeri tutmuş idmançılar Baş İdarə tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə mükafatlandırılmışlar.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !