Multikulturalizm ili çərçivəsində bölgələrdə keçirilən tədbirlər davam edir -

Multikulturalizm ili çərçivəsində bölgələrdə keçirilən tədbirlər davam edir

 Mingəçevir şəhər Tarix muzeyində 11 Fevral 2016-ci ildə saat 11:00-da “Multikulturalizm Azərbaycan xalqının həyat tərzidir” mövzusunda dəyirmi masa keçirilmişdir.
Tədbirdən əvvəl Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül qoyma mərasimi keçirildi.
Tədbiri giriş sözü ilə muzeyin direktoru Məmmədəliyev Nofər açaraq “Multikulturalizm Azərbaycan xalqının həyat tərzidir” adlı mühazirədə multikulturalizm sahəsində bir sıra açıqlamalar verdi.
Tədbirdə Mingəçevir şəhər İcra Hakimiyyəti başçısının İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini, Dini qurumlarla işin təşkilatçısı Shib Əliyev, Ağcəbədi Rayon Tarix Diyarşunaslıq muzeyinin direktoru Nərminə Əkbərova bir qrup əməkdaşı, Mingəçevir şəhər Heydər Əliyev mərkəzinin direktoru Bəxtiyar Mustafayev, Palitexnik Universitetinin və Turizm Kollecinin müəllimləri eləcə də Mədəniyyət və Turizm şöbəsinin kollektivi iştirak etmişdir.
Tədbirdə ayrıca “Mingəçevirdə Alman əsrlərinə göstərilən qayğı tolerantlığın bariz nümunəsidir” adlı video slayd gelen qonaqların diqqətinə çattırılmışdır.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !