Mingəçevir Turizm Kollecində Multikulturalizm Azərbaycanın dövlət siyasəti və həyat tərzidir adlı elmi-nəzəri konfrans keçirilib -

Mingəçevir Turizm Kollecində “Multikulturalizm Azərbaycanın dövlət siyasəti və həyat tərzidir” adlı elmi-nəzəri konfrans keçirilib

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 2016-cı ilin ölkəmizdə multikulturalizm ili elan olunması bu vacib məsələyə ictimai marağı xeyli artırıb. Mingəçevirdə də fəal müzakirələrə start verilib.

“Multikulturalizm Azərbaycanın dövlət siyasəti və həyat tərzidir” adlanan elmi nəzəri konfransı giriş nitqi ilə açıq elan edən Mingəçevir Turizm Kollecinin direktoru iqtisad elmləri doktoru,professor Əyyub Əyyubov Azərbaycanda multikultural ənənələrin yaranma və inkişaf mərhələləri barədə ətraflı məlumat verib bu ənənələrin indiki arzu olunan ideal səviyyəyə yetişməsində möhtəşəm xidmətləri olmuş Ümummilli lider Heydər Əliyevin rolundan və onun layiqli davamçısı prezident İlham Əliyevin ardıcıl və məqsədyönlü fəaliyyətindən əhatəli nitq söylədi.

Ardınca Mingəçevir şəhər İcra Hakimiyyəti aparatı ictimai siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini, dini qurumlarla işin təşkilatçısı Sahib Əliyev “Multikulturalizm Azərbaycanın əsas həyat tərzidir” mövzusunda geniş məruzə səsləndirdi. Sahib Əliyev Azərbaycanda fərqli mədəniyyətlərin və dinlərin azad və bərabər hüquqlu şəkildə yaşam və inkişaf haqqına sahib olduğunu xatırladaraq bütün bu dəyərlərin dünyaya örnək ola biləcək nümunə halına çevrildiyini bildirdi.

Bundan sonra multikulturalizmin Azərbaycanda təşəkkül mərhələsinnən bəhs edən video carxa baxiş keçrildi.

Ardınca elmi nəzəri konfransın digər məzmunlu məruzələri dinlənildi. Təcrübəli pedaqoqlar iqtisad elmləri namizədi dosent İbrahim Əyyubov, Sevda Kərimova, Zahidə Dursunova, Tünzalə Nuriyeva, Tural Kərimov, İradə Cəfərova, Ceyhun Abdullayev, Nazan İdrisova, Elşad Səmədov, Çingiz Nəbiyev və İqbal Xudiyev müvafiq olaraq “Multikulturalizm və vətənpərvərlik”, “Multikulturalizm siyasəti və vətəndaş cəmiyyəti”, “Multikulturalizm qloballaşma dövrünün çağırışı kimi”, “Mədəni siyasət strategiyasında” multikulturalizm ideyalarının dinamikası”, “Qafqazda multikulturalizmin Azərbaycan modeli”, “Müasir dövrdə multikulturalizm anlayışında dəyərlərin transformasiyası”, “Multikulturalizm şəraitində dinlərarası dialoq”, “Dəyişkən dəyərlər və multikulturalizm” mövzularında çıxış etdi.

Elmi-nəzəri konfransa yekun vuran professor Əyyub Əyyubov 2016 – cı ilin ölkə prezidenti tərəfindən Multikulturalizm ili elan olunmasını mühüm hadisə adlandırdı. Dövlət başçısının tələb və istəyinə uyğun olaraq multikulturalizmin Azərbaycan örnəyinin daha da inkişaf etdirilməsi istiqamətində Mingəçevir Turizm Kollecində də il ərzində kompleks məqsədyönlü tədbirlərin həyata keçiriləcəyini bəyan etdi. Bu mənada pedaqoq və tələbələrin üzərinə böyük məsuliyyət düşdüyünü konfrans iştirakçılarının diqqətinə çatdırdı. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !