Mingəçevir Turizm Kollecində Novruz bayramı münasibətilə şənlik təşkil olunub - FOTO

Mingəçevir Turizm Kollecində Novruz bayramı münasibətilə şənlik təşkil olunub FOTO

Mingəçevir Turizm Kollecində Novruz bayramı münasibətilə şənlik təşkil olunub. Şənlikdə ifa olunan müxtəlif məzmunlu şerlər, milli və müasir musiqi nümunələri, nümayiş olunan və özündə obrazlaşdırılmış Novruz qəhrəmanlarını və ənənələrini əks etdirən maraqlı səhnəciklər, milli oyunlar, yarışmalar və daha nələr-nələr tədbir boyu maraqla izləndi. Qorqud Ata, Bahar qız, Keçəl və Kosa milli geyimli qızların ifasında səslənən folklor nümunələri, kəndir dartışması, yumurta döyüşləri, təbriklər və zarafatlar gözlər önündə ifadə olunması çətin olan görüntülər və xoş mənzərə canlandırıldı. Tədbirdə çıxış edən Mingəçevir Turizm Kollecinin direktoru, professor Əyyub Əyyubov zəngin tariximiz, mədəniyyətimiz, təkrarsız gözəlliyi ilə seçilən adət-ənənələrimiz haqqında məlumat vermiş, o cümlədən Novruz bayramımız milli sərvətimizdir deyə qeyd etdi.

Daha sonra milli obrazların iştirakı ilə bayram Tonqalı alovlandırıldı. Meydan tamamilə nəğməyə və rəqslərə büründü. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !