Ağcabədi rayonunda 31 Mart – azərbaycanlıların soyqırımı günü ilə bağlı ümumrayon tədbiri keçirilmişdir - FOTO ( AZpress.AZ - Mais İbrahimov, Ağcabədi)

Ağcabədi rayonunda 31 Mart – azərbaycanlıların soyqırımı günü ilə bağlı ümumrayon tədbiri keçirilmişdir FOTO ( AZpress.AZ - Mais İbrahimov, Ağcabədi)

31 mart 2016-cı il tarixdə saat 11:00 –da Ağcabədi rayonunda 31 Mart – azərbaycanlıların Soyqırımı Günü ilə bağlı ümumrayon tədbiri keçirilmişdir.
Əvvəlcə tədbir iştirakçıları Şəhidlər Xiyabanında Qarabağ müharibəsi şəhidlərinini qəbirləri üzərinə tər qərənfil dəstələri düzmüş və onların ruhunu yad etmişlər. Tədbir iştirakçıları erməni vəhşiliyinin qurbanı olan günahsız insanların xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər. Tədbiri Ağcabədi Rayon İcra Hakimiyyəti Başçısının müavini - İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Naibə Mustafayeva açaraq qeyd etmişdir ki, tarix erməni şovinistlərinin zaman – zaman günahsız, dinc azərbaycanlılara qarşı törətdikləri soyqırımları ilə təkrarlanır.1917-ci ildə Rusiyada baş vermiş fevral və oktyabr inqilablarından sonra Bakı Soveti əksinqilabi elementlərlə mübarizə şüarı altında 1918-ci ilin əvvəllərindən başlayaraq bütün Bakı quberniyasında yaşayan azərbaycanlıların çıxarılması məqsədlərini güdən cinayətkarlar planın, reallaşdırılmasına başlayır. Müasir,dinamik inkişaf yolunda uğurla addımlayan dövlətimizin apardığı siyasət onun güclü sabahından xəbər verir. .Bunun müqabilində ölkəmizdən kənarda Ulu Öndər Heydər Əliyevin və bu gün də uğurla həyata keçirilən siyasətin nəticəsində formalaşan Azərbaycan lobbisi erməni cinayətlərini dünyaya bəyan etməklə, onların murdar və maskalı üzlərini dünyaya daha yaxından tanıdırlar və gec – tez Azərbaycan dövləti öz haqq səsini hər bir kəsə çatdıra biləcəkdir. Daha sonra natiq öz fikirlərini ” Tariximiz bizim üçün dərs olmalıdır”- söyləyən Ulu Öndər Heydər Əliyevin sözləri ilə tamamladı və hər bir gəncə tariximizi öyrənməyi, keçmişimizi bilib, onun yaxşılarını müdafiə etməyi, səhvlərimizdən isə dərs almağı tövsiyyə etdi.

 


Fotomüxbir Mais Amin AZpress.AZ Ağcabədi rayonu.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !