ADU-nun təcrübəçi tələbələri 31 mart azərbaycanlıların soyqrımı günü nə həsr olunan tədbir keçirdi - FOTO

ADU-nun təcrübəçi tələbələri “31 mart azərbaycanlıların soyqrımı günü”nə həsr olunan tədbir keçirdi FOTO

31 mart 2016-cı il tarixindəAzərbaycan Dillər Universitetinin (ADU)A.Novruzbəyli adına 46 nömrəli orta məktəbdə pedaqoji təcrübədə olan Filologiya və jurnalistika fakültəsinin 415r qrup tələbələrinin təşkilatçılığı ilə 31 mart zərbaycanlıların soyqırım gününə həsr olunmuş tədbir keçirildi.
Tədbirdə ADU-nun Xarici dillər kafedrasının baş müəllimi Nailə Ağayeva, məktəbin direktoru Sevinc Budaqova,direktor müavini Validə Sarıyevavə təcrübəçi tələbələr, məktəbin şagirdləri iştirak edirdilər.
Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Azərbaycan və rus dillərində “31 mart soyqrımı”nın tarixini əks etdirən videoçarxlar nümayiş edildi.
Şagirdlər tərəfindən xalq şairi Bəxtiyar Vahabzadənin “Şəhidlər” və soyqırıma həsr olunmuş digər şeirlər səsləndirildi, həmin günə aid səhnəciklər göstərildi.
Adı çəkilən fakültənin təcrübəçi-tələbəsi Suqra Rzayeva tərəfindən “Çırpınırdı Qara dəniz” mahnısı ifa olundu.
Sonda məktəbin direktoru Sevinc Budaqova tədbirin ərsəyə gəlməsində əməyi keçən təcrübəçi tələbələrə, şagirdlərə və tədbir iştirakçılarına təşəkkürünü bildirdi. O, 1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və daşnak erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri cinayətdən danışdı. S.Budaqova bu soyqrımı unutmamağı və şəhidlərimizin ruhunu daim yad etməyi tövsiyyə etdi.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !