UNEC-də 31 Mart Soyqırımı qurbanları anılıb - FOTO+VİDEO

UNEC-də 31 Mart Soyqırımı qurbanları anılıb FOTO+VİDEO

Martın 31-də UNEC-də 31 mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunan tədbir keçirilib.

Tədbirdən öncə soyqırım qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad ediib.

UNEC rektoru, professor Ədalət Muradov bildirib ki, 31 Mart soyqırımı xalqımıza qarşı zaman-zaman həyata keçirilən soyqırım siyasətinin ən dəhşətli təzahürlərindən biridir. Azərbaycan müstəqillik qazandıqdan sonra xalqımız tarixi keçmişinin obyektiv mənzərəsini yaratmaq imkanı əldə edib. Ulu Öndər Heydər Əliyevin 26 mart 1998-ci il tarixli “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanında bu hadisələrə siyasi qiymət verilib və ilk dəfə olaraq xalqımızın ermənilər tərəfindən soyqırıma məruz qaldığı rəsmi surətdə bəyan edilib: “Biz gənclərdə möhkəm milli yaddaş formalaşdırmalı və düşmənə münasibətdə onlara nümunə olmalıyıq”. Rektor bildirib ki, Azərbaycan xalqı, xüsusilə gənclər qanlı tarixi unutmamalı, bu dəhşətləri törədənlərə qarşı mübariz ruhda böyüməlidir.

AMEA-nın əməkdaşı, tarix elmləri doktoru, professor Solmaz Rüstəmova-Tohidi “1918-ci il Azərbaycanlıların soyqırımı: mahiyyəti, miqyası, nəticələri” adlı təqdimatla çıxış edərək erməni daşnaklarının xalqımızın başına gətirdikləri müsibətlərdən söz açıb. Soyqırımın tarixinə nəzər salan professor bildirib ki, Bakıda bir həftə ərzində 12 mindən artıq insan, silahsız türk-müsəlman əhali qətlə yetirilıb. Elə həmin günlərdə Şamaxı şəhəri və onun ətraf kəndləri yandırılıb. Martın 31-də təkçə Şamaxıda 18-20 min nəfərədək insan erməni silahlıları tərəfindən qətlə yetirilib, ümumilikdə isə hadisələr zamanı ölənlərin sayı 50 min nəfərədək olub. Mart hadisələri barədə həqiqətlərin sənədlərdə əbədiləşməsi və bu günümüzədək gəlib çatmasında xidmətləri olan Fətəli Xan Xoyski, Məmməd Həsən Hacinski, Xəlil bəy Xasməmmədov və digərlərinin adlarını xüsusi vurğulayıb.

Sonda UNEC-in əcnəbi tələbələrinin 31 Mart soyqırımına həsr etdikləri videoçarx nümayiş etdirilib. Videoçarxda əcnəbi tələbələr soyqırım faktlarını sadalayıb, erməni vəhşiliklərini pisləyiblər. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !