Silahlı Qüvvələrdə mart soyqırımı qurbanlarının xatirəsi anılıb - FOTO

Silahlı Qüvvələrdə mart soyqırımı qurbanlarının xatirəsi anılıb FOTO

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən, Silahlı Qüvvələrin birlik, birləşmə, hərbi hissə, xüsusi təyinatlı hərbi təhsil müəssisələri, mərkəzi və qarnizon zabitlər evləri, klub və kitabxanlarında 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar anma tədbirləri təşkil olunub.
Tədbirlərdə ulu öndər Heydər Əliyevin 1998-ci il 26 mart tarixli Fərmanı ilə hər il mart ayının 31-nin Azərbaycanlıların Soyqırımı Günü kimi dövlət səviyyəsində qeyd olunmasının əhəmiyyəti xüsusi vurğulanıb. Azərbaycan Prezidenti İlham Əliyevin ermənilərin xalqımıza qarşı törətdikləri soyqırımıların dəhşətlərinin dünya ictimaiyyətinin diqqətinə çatdırılması istiqamətində həyata keçirdiyi siyasətin uğurları barədə ətraflı məlumat verilib.
Anma tədbirlərində soyqırımı qurbanlarının xatirələri bir dəqiqəlik sükutla yad edilib, sərgilərə baxılıb, ədəbi-bədii kompozisiyalar və sənədli filmlər nümayiş olunub.
Tədbirlərdə şəxsi heyətə ermənilərin xalqımıza qarşı yürütdüyü düşmənçilik siyasətinin kökü, tarixi barədə ətraflı məlumatlar verilərək mənfur qonşularımızın törətdikləri qırğınların və qətliamların ağır nəticələri bir daha xatırlanıb. Gələcəkdə bu kimi hadisələrin təkrarlanmaması üçün ümumi düşmənə qarşı birliyimizin vacibliyini vurğulamaq, soyqırımı törədənlərə nifrət hissini aşılamaq, ordumuzda döyüş ruhunu, mənəvi-psixoloji hazırlığı və vətənpərvərlik hisslərini daim yüksək səviyyədə saxlamaq da keçirilən tədbirlərin əsas mövzusunu təşkil edib. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !