Əsgərlər Beyləqanda "Azərbaycanlıların soyqırımı" abidə-kompleksini ziyarət ediblər -

Əsgərlər Beyləqanda "Azərbaycanlıların soyqırımı" abidə-kompleksini ziyarət ediblər

Beyləqan bölgəsində xidmət edən hərbçilər Beyləqan şəhərindəki "Azərbaycanlıların soyqırımı" abidə-kompleksini ziyarət ediblər. Abidə önünə tər qərənfillər düzülüb, soyqırımı qurbanlarının xatirəsi ehtiramla anılıb.
Azərbaycanlılara qarşı törədilmiş soyqırımı barədə əsgər və zabitlərə ətraflı məlumat verilib.
Əsgərlər Azərbaycanın müstəqilliyi uğrunda şəhid olanların, eləcə də soyqırımı qurbanlarının intiqamını alacaqlarına və işğal altında olan torpaqlarımızı tezliklə azad edəcəklərinə and içiblər. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !